Ərdəbil, Təbriz və Kirmanşahda həbslərin davamı
“İranwire”in əldə etdiyi məlumata görə, təhlükəsizlik qüvvələri 3 noyabr 2022-ci ildə Təbrizdə Səid Əhmədinəsəbi həbs ediblər. Təbrizli bu vətəndaş əvvəlcə Ferdos məhəlləsinin polis bölməsinə, sonra isə bu şəhərin mərkəzi həbsxanasına aparılıb. Agentlər mobil telefonunun kilidini açmaq üçün Səid Əhmədinəsəbi şiddətlə döyüblər. Təbrizdəki məhkəmənin Beheşti şöbəsinin 7-ci şöbəsinin müstəntiqi “Qəfuri” də Səid Əhmədinəsəbin ailəsinin təqibinə cavab olaraq onlara deyib: “Mən Səidi iki dəfə Kəşfiyyat Bürosuna göndərdim ki, mobil telefonunun kilidini açmaq üçün barmaqlarını qırsınlar”.
Eyni zamanda Təbrizin məhkəmə və təhlükəsizlik qurumları bu şəhərdə saxlanılan başqa vətəndaş Pejman Cəlilinin vəziyyəti ilə bağlı cavab verməkdən imtina edirlər. Pejman Cəlili hazırda Təbrizin mərkəzi həbsxanasındadır və bu müddət ərzində ailəsi ilə görüşməkdən və vəkildən məhrum edilib.
Ərdəbildə təhlükəsizlik qüvvələri 2022-ci il noyabrın 12-də Sevda Minarini bu şəhərdə həbs etdilər. Sevda Monari Ərdəbildə Hafiz parkının qarşısında xalqa gül-çiçək verərkən həbs edilib. Ayrıca noyabrın 15-də Kirmanşahın Razi Universitetinin bilgisayar fakültəsinin öyrəncisi Əmir Hüseyn Mehrancu bu universitetin yataqxanasında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bu xəbər dərc olunana qədər bu Urmiyəli öyrəncinin köçürülmə yeri və saxlandığı qurum haqqında heç bir məlumat yoxdur.
#ümumi_etirazlar