Əliriza Fərşi Evin həbsxanasından sərbəst buraxılıb
Evin həbsxanasının 4-cü palatasında həbsdə olan Türk mədəni fəal Əliriza Fərşi 4 illik cəzasının 3 il 3 ayını çəkdikdən sonra 8 Fevral 2023 axşam Evin zindanından sərbəst buraxılıb.
Bu tanınmış Azərbaycanlı fəal sərbəst buraxıldığını şəxsi İnstaqram səhifəsində yazıb və bildirib ki, həbsxananın ədliyyə müavini ilə danışdıqdan sonra ona cəzasının qalan 9 ayının bağışlanması barədə məlumat verilib.
Cənab Fərşi Xuzistanın Bağ Məlik şəhərində 2 illik məcburi yaşayış cəzasını çəkmək üçün gələn həftə bazar günü, Evin Prokurorluğunun hökm İcrasının 1-ci Şöbəsinə özünü təqdim etməlidir.
Xatırlatmalıyıq ki 26 dekabr 2019-cu il tarixdə, Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsi, hakim Babaeyin sədrliyi ilə Əliriza Fərşi və başqa üç Azərbaycanlı mədəni fəala, 2013-cü ildə Baharistanda keçirilən Beynəlxalq Ana Dili Günündə iştirak etdiyinə görə ümumilikdə 8 il həbs və səkkiz il sürgün cəzasına məhkum etdi.
Bu mədəni fəal 2021-ci ilin Aprelində 2 illik həbs cəzasını çəkərkən, Tehran Əyalət Apelyasiya Məhkəməsinin 36 saylı şöbəsində Hakim Əhməd Zərgərin sədrliyi ilə keçirilən iclasda “milli təhlükəsizliyə qarşı toplaşmaq və gizli əl bir olmaq ” ittihamı ilə üç il altı ay həbs cəzasına və “rejimə qarşı təbliğat” ittihamı ilə səkkiz ay həbs cəzasına məhkum edildi.