Zelenski :Hamı qorxur. Cavab vermirlər. Və biz heç nədən qorxmuruq. Biz Rusiyadan qorxmuruq…
Ukrayna prezidenti Volodimir Zelenski: “Düşmənin təxribat qüvvələri Kiyevə daxil olub. Paytaxtda öz xalqımla qalıram, ailəm də Ukraynadadır. Məlumat var ki, düşmən məni 1 nömrəli, ailəmi isə 2 nömrəli hədəf seçib. Övladlarım da Ukraynadadır. Amma indi haradadırlar – deməyə haqqım yoxdur. Rusiyanın hücumları nəticəsində Ukraynada 137 əsgər həlak olub, 116 əsgər isə yaralanıb. Biz tək qaldıq. Heç kim bizim üçün döyüşmək istəmir. Bizi NATO-ya qəbul etmək istəmirlər, təhlükəsizlik zəmanəti verməkdən qorxurlar. Bu gün 27 Avropa liderindən Ukraynanın NATO-ya üzv olub-olmayacağını soruşdum, birbaşa soruşdum. Hamı qorxur. Cavab vermirlər. Və biz heç nədən qorxmuruq. Biz Rusiyadan qorxmuruq. İndi ölkənin taleyi ordumuzdan və xalqımızdan, sizin müdrikliyinizdən və Ukraynanın bütün dostlarının böyük dəstəyindən asılıdır”.
Rusiyanın hücumu nəticəsində Ukraynanın 137 hərbçisi həlak olub.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar zamanı Ukraynanın daha 316 hərbçisi yaralanıb.
Dövlət başçısı bildirib ki, digər hakimiyyət nümayəndələri ilə birlikdə Kiyevin hökumət kvartalında qalmaqda davam edir.
Ukrayna lideri Rusiya ilə Ukraynanın neytral statusu barədə danışmaqdan qorxmadığını bildirib.
Zelenski vurğulayıb ki, Ukrayna öz dövlətini qorumaqda tək qalıb, Qərb isə yalnız ona dəstəkdən danışır.