Zəhra İsmailinin vəkili: Həbsxana işçiləri müvəkkilimin cansız bədənini asdılar
Həyat yoldaşının qətlinə görə 17 Fevral 2021-ci il çərşənbə günü Rəcay Şəhr həbsxanasında edam edilən Zəhra İsmailinin vəkili, cəzasının icrasından əvvəl müvəkkilinin ürək tutmasından öldüyünü, ancaq onun cansız bədəninin asıldığını yazdı.
“Omid Moradi” Facebook səhifəsindəki bir qeydində Zəhra İsmailinin gözləri önündə edam olunan 16 kişinin edamını gördükdən sonra ürək tutması keçirdiyini və öldüyünü yazdı.
Zəhra İsmailinin vəkili Zəhranın ölüm hökmünün qayınanası tərəfindən həyata keçirildiyini və bir neçə dəqiqə ayaq üstə gəlininin cəsədini seyr etdiyini yazdı.
Cənab Moradinin dediyinə görə, 17 Fevralda Kərəcdəki Rəcayi şəhr Həbsxanasında 17 nəfər edam edildi. Qeydində gecə həbsxanada olduğunu və edam olunanların sayının xəbərlərdə bildirildiyi kimi olmadığını yazdı: “Edam sayı 16 ərkək və bir qadın idi. Ancaq xəbərlərdə edam edilənlərin sayı səhvən yeddi olaraq qeyd edildi.”
İki uşaq anası, 42 yaşlı Zəhra İsmaili, həyat yoldaşının qətlinə görə birmənalı olmayan bir işdə edama məhkum edildi.
Zəhra İsmailinin həyat yoldaşı Əliriza Zəmanianın kəşfiyyat xidmətinin ümumi menecerlərindən biri olduğu deyilir.
Vəkil və Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi də təqsirləndirilən şəxslərin edamı barədə yazdı: “Zəhra İsmaili, ana, həyat yoldaşı və eşidilməyən bir səs. Bölmə yoldaçlarının dediyinə görə, hər kəs, hətta məhkəmə orqanı da, korrupsiyalaşmış bir kəşfiyyat zabiti olan həyat yoldaşının qətlini yalnız yeniyetmə qızını edamdan qurtarmaq üçün öz öhdəsinə götürmüşdür.”
Zəhra İsmaili işində, bir çox digər hallarda olduğu kimi və İranda da cinayət qanununa uyğun olaraq, edam hökmünün icrası və ya icra edilməməsi məsuliyyəti qurbanın ailəsinə və ya qohumlarına verildi və nəticədə insan haqları müdafiəçiləri onların razılığını ala bilmədi .