Yunis Qulizadə 3 ay həbs cəzasına məhkum edilib
Təbrizin Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi milli fəal Yunis Qulizadəni 91 gün azadlıqdan məhrum edib.
Məhkəmə Qulizadəni “milli təhlükəsizliyi pozmaq” və “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamları ilə günahladırır.
Yunus Qulizadə daha öncə Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilmişdi.
O, 2019-ci il aprelin 24-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. Qulizadə bir gün sonra 50 milyon tümən dəyərində mülki vəsiqə girov qoyaraq müvəqqəti olaraq azadlığa buraxılmışdı.