Yunanıstanın sabiq Səhiyyə naziri koronavirusdan dünyasını dəyişib
Yunanıstanın sabiq Səhiyyə naziri kardiologiya üzrə professor Dimitris Kremastinos 78 yaşında koronavirusdan dünyasını dəyişib.
Azərtac xəbər verir ki, sabiq nazir martın 26-da Afinanın Evanqelismos xəstəxanasında intensiv terapiya şöbəsinə yerləşdirilib. O, fəaliyyəti dövründə PASOK partiyasının hökumətində Səhiyyə naziri, Yunanıstan parlamentində sədr müavini, Dodekanes adaları üzrə deputat olub.