Xuzistandakı susuzluq böhranına qarşı etirazların üçüncü gecəsində internet pozuldu
18 İyul 2021, şənbə axşamı, susuzluğa qarşı etirazlar ardıcıl olaraq üçüncü gecə Xuzistanın bir sıra şəhərlərində davam etdi. Xuzistandakı bəzi insan hüquqları mənbələri Əhvazda bir başqa gənc etirazçının öldürüldüyünü və əyalətdə internetin pozulduğunu bildirdilər.
Harana xəbər agentliyi yerli mənbələrə istinadən Əli Məzrəe adlı başqa bir gənc etirazçının cümə axşamı Əhvazda öldürüldüyünü bildirdi.
Xuzistan xalqının etirazlarında öldürülənlərin sayı bu günə qədər üçə çatıb. Bundan öncə Mustafa Nəimavi və Qasım Xəziri adlı iki gənc etirazçının təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü təsdiqlənmişdi.
İnqilab Keşikçiləri ilə əlaqəli Fars Xəbər Agentliyi, Qasım Xəzirinin bir qohumuna istinadən verdiyi bir xəbərdə onu “Bəsici və namaz qılan və oruc tutan biri” olaraq xarakterizə etdi və “şübhəli ünsürlərin” onu öldürdüyünü yazdı.
Şadegan fərmandarı (İranda devlətin şəhərlərdə təmsilçisi) da dünən şəhərdəki su böhranına qarşı keçirilən etiraz mitinqi zamanı 30 yaşlı Mustafa Nəimavi adlı bir nəfərin vurulduğunu təsdiqlədi və ölümünü “iğtişaşçılar” ilə əlaqələndirdi.
Sosial mediada yayımlanan video və görüntülərdə Əhvaz, Sunəngerd, Şuş, Şavur və Kərxedə etiraz aksiyalarının üst üstə üçüncü gecə davam etdiyi göstərilir.
Susəngerddəki etirazçılar, şəhərin parlamentdəki nümayəndəsi Qasım Saedinin ofisi qarşısında toplaşaraq ona qarşı şüarlar səsləndirdilər.
Etirazçılar Əhvazın Kut Abdullahında susuzluğa etiraz üçün “Mən Suzam” kimi şüarlar səsləndirdilər və Şavur bölgəsindən yayımlanan videolarda gənclərin Əhvazdan Əndimeşkə gedən yolu bağladıqları göstərilir.
Şuş Danyal şəhərinin fərmandarisinin qarşısındakı etiraz mitinqi ilə bağlı videolar da yayımlandı.
Şuş Danyal şəhərində çevik qüvvət avtomobillərinin olduğu şəkillər də yayımlandı.
Dünən gecə Həmidabad əhalisi, suyun çatışmazlığına etiraz olaraq Şuş-Dezful əsas yolundakı körpünü bağladılar.
Son illərdə Dezful şəhəri yaxınlığındakı Həmidabad, Xuzistanın ən dərin mövsümi çaylarından birinə sahib idi ki, indi bu çay quruyubdur.
Bundan əlavə, Abulxanda da etirazçılar şənbə günü gecə Əhvazdan Şuşa gedən yolu bağladılar. Sosial mediada yayımlanan videolarda təhlükəsizlik qüvvələrinin ƏbdulXandakı etirazçılarla qarşılıq verməyə çalışarkən atəş etdikləri əks olunur, lakin yerli mənbələr hələ də yaralananlar barədə məlumat verməyib.
Başqa tərəfdən, Xuzistan şəhərlərindəki üçüncü gecə etirazları ilə eyni vaxtda, sosial şəbəkələrdəki bəzi istifadəçilər bu əyalətdəki internet şəbəkəsinin pozulduğunu və istifadəçilərin girişlərinin olmadığını bildirdi.
Hesabatlar, Əhvaz şəhərində internet sürətinin kəskin şəkildə azaldığını və Susəngard, Şadegan, Şuş və Həmidiye şəhərlərinin bəzi bölgələrində internetin kəsildiyi və mobil telefon şəbəkəsinin pozulduğunu bildirildilər.
iranwire