Xuzistanda üç Ərəb fəal saxlanıldı
İranda 3 Xuzistanlı Ərəb fəalı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Saxlanılanlardan birinin yalnız 16 yaşı var.
İki uşaq atası olan 30 yaşlı Səccad Ətşani Aprelin 21-də təhlükəsizlik qüvvələrin Həmidiyə şəhərindəki üzvləri tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.
Bundan əlavə Aprelin 20-də İran Kəşfiyyat İdarəsi əməkdaşları Əhvaz şəhərinin sakini 16 yaşlı Hüseyin Çoldavi və Əhvaz ətrafında yerləşən Mahşəhr Şəhərinin sakini Əbdulsalam Osmani adlı iki gənci yaxalayaraq naməlum istiqamətə götürüblər.
Saxlanan üç Ərəb fəalın hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.
Bu barədə “Herana” agentliyi xəbər yayıb. Yaxalandıqdan sonra onların barəsində heç bir məlumat yayılmayıb.
Onların tutulmasının səbəbi bəzi etiraz aksiyalarına qatılmaq, divarlar üzərinə şüar yazmaq və internetdə fəaliyyət göstərmək kimi işlərlə əlaqədar olduğu ehtimal edilir.