Xuzistan etirazlarının on ikinci gecəsi; Kərəc əhalisi etirazçıları dəstəklədi
Xuzistandakı etirazların başlanmasından bəri on iki gücə keçdi və bu əyalətdə İnternet və mobil telefon şəbəkələri pozuntusu 27 İyul səhərinə qədər davam edir.
Bu etiraz aksiyalarının on ikinci gecəsi ilə eyni vaxtda, Əlborz əyalətində bir sıra insan, Kərəcin Fərdis şəhərində, etiraz edən Xuzistanlı vətəndaşlara dəstək olaraq küçələrə çıxdı, “Kərəcdən Xuzistana, birlik, birlik” və “Diktatora ölüm”, kimi şüarlar səsləndirdilər.
Sosial mediada yayımlanan videolarda Kərəcdan Xuzistana birlik birlik şüarı, bu bölgədəki Şühəda Bulvarında küçələrə çıxan yüzlərlə Kərəcli vətəndaş tərəfindən səsləndirildi.
Bəzi telegram kanallarında Kərəcdakı əsas körpülərdən birinin ətrafında çox sayda etirazçının videosu yayımlandı. Etirazçılar “Riza şah, ruhun şad” və Bəsic qüvvələrinə qarşı şüarlar səsləndirdilər.
Etiraz mitinqi Bazar ertəsi günü etiraz dalğasının Tehrana çatmasıyla reallaşdı, yüzlərlə etirazçı, 30 Tir küçəsi ilə Baharistan meydanı arasında, Cumhuri küçəsi yaxınlığında baş verdi.
Bu mitinqlərin əsas səbəbinin Əlaəddin alışveriş mərkəzinin elektrik enerjisinin kəsilməsinin olduğu bildirilsə də, şüarlar vətəndaşların daha geniş tələblər izlədiyini göstərdi. Şüarların çoxu hakim rejimin və İslam Respublikası liderinin xarici siyasətini hədəf alırdı.
Bu etiraz mitinqlərindən çıxan videolarda “Xamenei, utan ölkəni tərk et”, “Nə Qəzza Nə Livan, canımı İrana fəda olsun”, “Diktatora ölüm” və “Mollalar hökumətdən əl çəkməli” şüarları səsləndirildi.
Əhvaz şəhəri və Xuzistan əyalətinin bəzi başqa şəhərlərindəki yerli mənbələr, vətəndaşların dinc etirazlarının on ikinci gecəsində şəhərin əsas meydanları və küçələrinin təhlükəsizlik qüvvələri ilə dolu olduğunu söylədi.
2019-cu ilin Noyabr ayında internetdə olan pozuntuların rekordunu belə qırdığı deyilən Xuzistan şəhərlərindəki internet kəsintilərinin davam etməsi, Xuzistan şəhərlərindəki etirazların başlanmasından bəri 12 gecədən sonra vəziyyətin hələdə normallaşmadığını göstərir.
Son bir neçə gündə Əhvaz, Susəngard, Şuş, Şdegan, Həmidiye, Ize, Məhşəhr, Dezful, Əndimeşk, Abadan, Xorrəmşəhr və Xuzistanın başqa şəhərlərində mobil internet kəsildi və bu kəsilmə 27 İyul 2021 səhərədək davam etdi.
Məlumatlı bir mənbə Iranwire-ə dedi: “Son 12 gecə ərzində mobil internet və Irancell ümumilikdə dörd-beş saat bağlıdır. Ev interneti Əhvazda da bağlıdır, ancaq yalnız daxili saytlar açır və hətta Google belə görünə bilmir.”
Şuş, Dezful və Xorrəmşəhr də daxil olmaqla bəzi şəhərlərdəki yerli mənbələr ev internetinin qurulduğunu bildirdi, lakin bunlara görə internet trafiki hələ də milli məlumat şəbəkəsindədir və qlobal internetə qoşulmaq mümkün deyil.
Başqa tərəfdən, İranın Ali Təhlükəsizlik Şurasının Katibi Əli Şamxani və Məhkəmə Başçısı Qulamhüseyn Mohseni Ejeinin siyasi fəaliyyət keçmişi olmayan Xuzistan etirazları məhbuslarının sərbəst buraxılması ilə bağlı açıqlamalarına baxmayaraq, həbslər davam edir.
Məlumatlı mənbələrə görə, Əhvaz, Susəngard, Həmidiye, Şadegan, Mahşəhr, Carahi, Taleqani və Ize şəhərlərindəki etiraz aksiyaları zamanı tutulan çox sayda uşaq və yeniyetmələrin də aralarında olan məhbusların əksəriyyəti hələ də həbsdədir və bu uşaqların bəzilərinin ailələri neçə yüz milyon Tümən girovu təmin edildiyi təqdirdə uşaqlarının sərbəst buraxılacağı açıqlayırlar.
Məlumatlı bir mənbə Iranwire-ə dedi: “Məhdud sayda ağır girov istəyirlər, lakin bir çoxları bu uşaqların harada olduqlarını belə bilmirlər. Onların vəziyyəti, harada saxlandıqları və necə ittiham olunduqları barədə ümumiyyətlə bilmirik. Bəzilərini gecə tutub aparıblar və indi belə bu şəxsin tutulanlar arasında olub olmadığını da demirlər.”
Tutulanların ailələrindən bir neçə yüz milyon Tümən girov istənilir, halbuki bu ailələrin əksəriyyəti belə girov təmin etmə durumları yoxdur.
Xuzistan valisi Qasım Süleymani Dəştəki, bu əyalətdəki etirazların on ikinci gecəsində “Son etirazlarda Xuzistan xalqının tələblərinin bir hissəsi haqlıdır” dedi və artırdı “Problemin digər bir hissəsi də pərdə arxasında olan və hər hansı bir şeyi qarışdırmağa çalışan müxalifətin təzyiqi ilə əlaqədardır.”
12 gecə davam edən etiraz aksiyalarını xalqın “əmək məsələləri, məşğulluq, içməli su və kanalizasiya daxil olmaqla bir sıra problemlər” ilə əlaqələndirdi.
iranwire