VATİKAN ARXİVLƏRİNDƏ SAXLANAN AZƏRBAYCANA AID ƏLYAZMALAR
Dünyanın ən sirli məkanların biri Vatikanın gizli arxivində Azərbaycanla bağlı hansı sənədlər var? Səfəvi hökmdarları Vatikan Papaları ilə nə barədə məktublaşıblar? Hansı xəritələrdə müasir Ermənistan Azərbaycan ərazisi kimi göstərilib? Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı səfiri Vatikan səfirliyinə niyə ianə köçürüb. Vatikanın gizli arxivində olan yeganə azərbaycanlı professor Fərid Ələkbərli danışır…
Vatikan arxivlərində Azərbaycan tarixi ilə bağlı qiymətli mənbələr mühafizə olunur. Son zamanlar Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən Azərbaycanla Vatikan arasında hərtərəfli mədəni əməkdaĢlıq inkiĢaf etməkdədir. 4 noyabr 2013 ilin tarixində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik Ģurasının prezidenti kardinal Canfranko Ravazi ilə görüĢmüĢdür. Azərbaycan ilə Vatikan arasındakı əməkdaĢlığın uzunmüddətli olduğunu vurğulayan birinci xanım həyata keçirilən birgə layihələrin davam etdirilməsində Heydər Əliyev Fondunun maraqlı olduğunu demiĢdir.,
Bu əməkdaĢlığın çərçivəsində 2010-2014 illər müddətində Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin tapĢırığı ilə Vatikanda ezamiyyətlərdə olmuĢuq. Səfərlərin əsas məqsədi Vatikan Məxfi Arxivlərində Azərbaycana aid tarixi sənədlərin aĢkar edilməsi və ilkin araĢdırmaya cəlb olunması idi.
AparılmıĢ araĢdırmalar zamanı Vatikan Məxfi Arxivlərində 700-dən çox sənəd araĢdırılmıĢ və, nəticədə, Azərbaycan tarixinə aid 85 sənəd aĢkar olunmuĢdur. Onların arasında Qafqaz Albaniyasına aid 4 sənəd də vardır. Bu sənədlər italyan, latın, yunan, fransız, ərəb, fars, türk, monqol, erməni və sair dillərdədir. Tədqiqatlar nəticəsində aĢkar olunmuĢ əsərlər X-XX əsrləri, yəni Azərbaycan tarixinin minillik dövrünü əhatə edir. AĢkar olunmuĢ sənədlərin arasında orta əsr Azərbaycan hökmdarlarının
4
(Elxani, Səfəvi, ƏfĢar, Qacar və s.) Roma Papaları ilə məxfi yazıĢmalarını əks etdirən məktublar vardır. BaĢqa sənədlər Vatikan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyət və təbliğatla bağlıdır.
Vatikan Apostol Kitabxanasında da araĢdırmalar aparılmıĢdır. Orada 400-dən çox qədim əlyazma əsəri tədqiqata cəlb olunmuĢdur. Bunun nəticəsində, həmin kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 80 qədim əlyazma əsəri aĢkar edilmisdir. Bunlar Azərbaycan (türk), fars, ərəb dillərində yazılmıĢ orta əsr əlyazma kitablarıdır. Onların arasında həm məĢhur Azərbaycan müəllifləri – Nizami, Füzuli, Nəsimi, ġəbüstəri, Sührəvərdi və b., – əsərləri, həm də indiyə qədər bizə məlum olmayan orta əsr Azərbaycan müəlliflərinin 9 əsəri vardır.
Kitaba əlavə olunmuĢ siyahıda bütün bu əsərlərin qısa təsviri verilir (bax: Əlavə 1, Əlavə 2). Azərbaycanın Vatikandakı səfirliyi ilə əvvəlcədən razılaĢdırılmıĢ qaydada, bu əsərlərin əksəriyyətinin surətləri Azərbaycana gətirilmək üçün ödəniĢli qaydada sifariĢ edilmiĢ və nəticədə Azərbaycana gətirilmiĢdir.
Ezamiyyət zamanı Məxfi Arxivlər və Apostol Kitabxanasının, eləcə də Neapol Universitetinin rəhbər və əməkdaĢları ilə görüĢlər keçirilmiĢ və gələcək əməkdaĢlığın yolları müzakirə edilmiĢdir
FƏRİD ƏLƏKBƏRLİ
“VATİKAN ARXİVLƏRİNDƏ SAXLANAN AZƏRBAYCANA AID ƏLYAZMALAR” kitabından
http://www.aamh.az/alakbarli/index.files/Vatikan-Archives_%28Book%29.pdf