URMUNUN 2 XƏSTƏXANASINDA BOŞ YER QALMAYIB
Qərbi Azərbaycan Tibb danişqahının rəisi Cavad Ağazadə Urmuda Korona mərizlərini qəbul etmək üçün təyin olunan iki mərizxananın tutumunun dolduğunu açıqlayıb. “Urmudakı İmam və Taliqani mərizxananalarının boş yeri qalmayıb. İndi mərizlər üçüncü mərizxanaya yerləşdirir” deyə əlavə edib. Ağazadə Qərbi Azərbaycanda virusa tutulma və ölüm nisbətinin getdikcə artdığını vurğulayıb. Hazırda çox sayda korona mərizləri Urmu və Qərbi Azərbaycanın başqa şəhərlərindəki özəl bölümlərə yerləşdirilib.
Xatırladaq ki, sağlamlıq vizarəti və Korona milli sitadı məqamları tibb danişqahının rəsmiləri tərəfindən Korona ilə bağlı amarın yayımlanmasını qadağan ediblər. Buna görədə tibb danişqahlarının məsul məqamları Korona ilə ilgili amarları umumi olaraq açıqlayırlar.an.T