Urmu Gölünü təmamən qurudmaq siyasəti dəvam etməkdədir
BİRLİK- İran rejimi tərəfindən doğal axar suların kəsilməsi nəticəsində Urmu Gölünü qurudulmaq projəsi dəvam etməkdədir . Urmu Gölü, Orta Doğunun ən böyük şor Gölü və dünyada altıncı ən böyük şor göllər arasında yer almaqdaydı . Vurqulamaq lazım ki İran məsulları illər boyu Gölün yenidən canlanması üçün yüzlərlə proje və vədə verdilər ama hamısı boşa çıxdı. İndicə təəssüflə görürük ki Urmu Gölü təmamən tək və öz halına bıraxılıb. Halhazırda Urmu Gölünün üz ölçümü 2126 kilometrə və həcmi keçən ilə görə 1 milyard və 920 milyon metri mükəəb azalıbdır.
Cavad Mohəmmədi Qərbi Azərbaycanın su qoruma və faydalanmaq şirkətinin bölgə müavini,Urmu Gölünün son durumuyla bağlı İsna Xəbər Ajansına verdiyi bir müsahibədə deyib: “Qərbi Azərbaycan əyalətində bu ilin başlanqıcından bəri, yağış faizi 152.7 milimetrə və Urmu Gölünün su hövzəsində 165.5 milimetr su qeyd olunubdur” .
Təəsüf ki böyük bir faciə yaradacaq bu ekolojik sıxıntıya, İran dövləti illərcə göz yumdu və durumu yaxşılaşdırmaq yöndə tək bir addım atmadı .
#urmu_gölü