Urmiyədə 4 məhbus edam edilib
Hüquq müdafiəçiləri narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar ölüm cəzasına məkum olmuş 4 nəfərin Urmiyənin mərkəzi həbsxanasında edam edildiyini bildirib.
HRA agentliyi və “İran HR” təşkilatının yaydığı məlumata görə, Sadiq Muhi, Məhəmməd Kərim Məhəmmədpur, Sultan Əmiri və Əhməd Nemətvəndin edam hökmü bazar günü aprelin 4-də tətbiq edilib. Məhkumlar mərkəzi həbsxananın həyətində dar ağacından asılıb.
Asılanların əslən Urmiyə və Urmiyənin cənubunda yerləşən Üşnü şəhərlərindən olduğu bildirilir.
İran İnsan Haqları Təşkilatı (İran HR) şənbə günü Urmiyə Həbsxanasında 6 məhbusun ölüm cəzalarının tətbiq edilməsi üzrə təkadamlıq kameralara köçürüldüyünü bildirmişdi. 6 məhbusdan ikisi, İbrahim və Mustafa Nəsirixah qardaşlarının hökmü naməlum səbəblərə görə icra edilməyib.
Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlara mənsub müttəhimlərin ən çox edam riski altında olduğunu vurğulayır.
VOA