Urmiyədə 4 məhbus edam edilib
İnsan Hüquqları Təşkilatları Urmiyə Mərkəzi Həbsxanasında 4 məhbusun edam edildiyini açıqlayıb.
Edam edilənlərin adları Müqəddəm Əlizadə, Hüseyn Abbaszadə, Həmdullah Alemi və Feyzullah Qurbani olaraq açıqlanıb və Hengav yazıb ki, bu dörd nəfərin edamı 31 Dekabr cümə günü səhər saatlarında həyata keçirilib.
Qətlə görə edam cəzasına məhkum edilmiş dörd məhbus bu həftə çərşənbə günü başqa bir məhbus Rəşid Vətəndust ilə birlikdə təkadamlıq kameraya köçürülüb.
Rəşid Vətəndust qurbanşn valideynlərindən möhlət aldıqdan sonra cümə axşamı öz kamerasına qaytarılıb.
Dünən Zahıdanda bır 72 yaşlı məhbus və Yasucda daha bir məhbus İslam Respublikasının ədliyyə orqanları tərəfindən edam edilib.
İran dünyada ən yüksək edam göstəricilərindən birinə sahibdir və İran İnsan Haqları Təşkilatı illik hesabatında 2020-ci illə müqayisədə İranda edamların 26 faiz artdığını açıqlayıb.
Təşkilatın məlumatına görə, bu ilin əvvəlindən dekabrın 20-dək İran ədliyyə orqanları tərəfindən ümumilikdə 229 nəfər edam edilib ki, onların da 88%-i gizli şəkildə və mediadan xəbərsiz icra olunub.
Edam edilənlərin 25-i kişi, 15-i qadın olub, onların yarıdan çoxu qətlə görə edam edilib.
Ən çox edamlar Xorasan Rəzəvi və Əlborz əyalətlərində həyata keçirilib, Kərəc və Zahedan həbsxanasındakı Rəcai Şəhr həbsxanası isə edamların önündə gedir.
İran dünyada ən yüksək edam göstəricilərindən birinə sahibdir və İran İnsan Hüquqları Təşkilatı illik hesabatında 2020-ci illə müqayisədə İranda edamların 26 faiz artdığını açıqlayıb.
Təşkilatın məlumatına görə, bu ilin əvvəlindən 20 Dekabrıa dək İran ədliyyə orqanları tərəfindən ümumilikdə 229 nəfər edam edilib ki, onların da 88 faizi gizli şəkildə və mediadan xəbərsiz edam olunub.
Edam edilənlərin 259 nəfəri ərkək 15 nəfəri isə qadın olub, onların yarıdan çoxu qətlə görə edam edilib.
Ən çox edamlar Rəzəvi Xorasan və Əlborz əyalətlərində həyata keçirilib, Kərəc və Zahidan Rəcayi Şəhr həbsxanaları isə edamların icrasında önündə gedir.