Universitetlərdə məcburi başörtüsü; İncəsənət Universitetinin 40 öyrəncisi təhsildən şərti olaraq uzaqlaşdırılıb
Hökumət orqanlarının İranda məcburi hicabın tətbiqi səyləri və buna qarşı vətəndaş müqaviməti ilə yanaşı, öyrənci mənbələrindən gələn xəbərlər göstərir ki, başörtüsünün örtülməsi öyrəncilər üçün məcburidir və tabe olmayanlara cəza veriləcək.
“İncəsənət Universiteti”nin öyrənci həmkarlar ittifaqı şuralarının hesabatında bildirilir ki, “qırxa yaxın öyrəncinin qeyri-qanuni geyim bəhanəsi ilə girişlərinə qadağa qoyulmasından sonra bu dəfə və yeni tədbirlə həmin öyrəncilərin təhsili şərti olaraq dayandırılıb və bu o deməkdir ki, öyrəncilər başörtüsü taxmadan universitetə daxil olarlarsa, onların şərti dayandırılması həyata keçiriləcək”.
Bundan başqa, İncəsənət Universitetinin rəhbərləri öyrəncilərə sms göndərməklə başörtünün məcburi olduğunu vurğulayıblar. Bu sms-də yazılıb: Hörmətli öyrənci, 17 iyun 2023-cü il şənbə günündən etibarən universitetə yalnız məqnə adlı başörtüsü ilə girə bilərsiz.
“Beheşti Universiteti”nin qız öyrəncilərinə də hədə-qorxu gəliblər ki, imtahanlarda “məqnə” taxmasalar və “məcburi hicabı çıxarsalar”, onların dərsləri universitet tərəfindən yox sayılacaq.
Bundan əlavə, Beheşti Universitetinin öyrənci fəalları “başörtüsü taxmadıqlarına” görə “imtahan sessiyasında öyrəncilərə təzyiq və təhdidlər” barədə məlumat veriblər.
Öyrəncilərə qarşı “təqib və təhdidlər” barədə xəbərləri təsdiqləyən Öyrənci Həmkarlar İttifaqı Şuraları yazıb: “Şəhid Beheşti Universitetinin İqtisadiyyat və Siyasi Elmlər Fakültəsinin rəisi imtahan zamanı başörtüsü taxmayan öyrənciləri narahat edib və öyrənciləri təhdid edib, əgər təkrar edərlərsə, imtahanda iştirakını qadağan edəcək”.
Eyni zamanda, Beheşti Universitetinin tədris işləri üzrə müavini “Abbas Saeedi” və mədəniyyət üzərə müavini “Fazıl Cəhangiri”nin birgə imzaladığı bildiriş müxtəlif fakültələrin elanlar lövhəsində yerləşdirilib və belə deyilir. Öyrəncilər universitet həyətində, siniflərdə və imtahan binalarında başörtüsü taxmasalar və İslami hicaba tam əməl etməsələr, imtahan nəzarətçisi və müvafiq professorun “öyrəncinin kursunu silmək” ilə hədələnib.
Son iki onillikdə universitet rəhbərliyi tərəfindən öyrəncilərə “başörtüsü” taxmaları üçün təzyiqlər olub, lakin öyrəncilər məcburi hicaba müqavimət göstərərək bu planı iflasa uğratmışlar. İndi universitet rəhbərliyi öyrənciləri hədələmək və ağır cəzalar verməklə onları hökumətin tələbini yerinə yetirməyə məcbur etməyə çalışır.