Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu “pandemiya” elan edib
ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus deyib ki, Çindən kənarda qeydə alınan koronavirusa yoluxma hallarının sayı iki həftə ərzində 13 dəfə artıb.
O, “həyəcanlandıran hərəkətsizlik səviyyəsindən” “çox narahat olduğunu” bildirib.
Pandemiya dünyanın bir çox ölkəsində eyni zamanda yayılan xəstəliyə deyilir.
Bundan bir neçə saat sonra İtaliya bəyan edib ki, ərzaq dükanları və əczəxanalardan başqa bütün mağazalar bağlanacaq.
Avropada koronavirusa görə iş yerlərini ən çox bağlayan İtaliyanın Baş naziri Giuseppe Conte deyib ki, müştəri ilə aralarında “bir metr məsafə” saxlanmasına təminat verə bilməyən barlar, bərbərxanalar, restoran və kafelər, eləcə də şirkətlərin köməkçi şöbələri bağlanacaq.
- Koronavirus: ölmək ehtimalı nə qədərdir?
- Böyük şəhərlərdə koronavirus: yoluxmadan yayınmaq olarmı?
- Koronavirus: maskaları kim, harada və necə taxmalı?
- Koronavirusa görə evdə karantinə necə hazırlaşmalı? – Şəxsi təcrübə
- ÜST: Dünya koronavirus barədə “öyrənilməmiş ərazidədir”
ÜST nə deyib?
Tedros Adhanom Ghebreyesus söyləyir ki, koronavirusun pandemiya elan edilməsi ÜST-ün ölkələrə tövsiyələrini dəyişməsi mənasına gəlmir.
O, hökumətləri “təcili və aqressiv addımlar” atmaqla koronavirusun yayılmasının gedişatını dəyişməyə çağırıb.
“Bir neçə ölkə göstərib ki, bu virusu söndürmək və idarə etmək olar”, – o deyib.
BBC