Üç sünni vətəndaş Məşhəddə edam edildi
Harana saytı Məşhəddəki Vəkilabad həbsxanasında üç sünni məhbusun edam edildiyini bildirdi.
Bu xəbərə görə, “Həmid Rastbala”, “Kəbir Səadət Cəhani” və “Məhəmməd Əli Arayeş” 31 Dekabr cümə axşamı günü Məşhəddəki Vəkilabad həbsxanasında edam edildi.
Bu insanların ittihamı Sələfi qrupu “Əlfurqan Partiyası”na üzv olmaq olaraq elan edilib.
Keçən il üç Sünni vətəndaş, Mahmud Davudabadinin rəhbərlik etdiyi Məşhəd İnqilab Məhkəməsinin 1 saylı Şöbə tərəfindən “Sələfi qrup olaraq adlanan Əlfurqan Partiyasının üzv olmaq və İran Sünnilərinin Milli Həmrəylik Cəbhəsinə üzv olmaqla başqalarının hüquqlarını heçə saymaq” ittihamı ilə edam cəzasına məhkum edilmişdilər.
Edam hökmü qəfildən icra olundu və ailələri son ziyarətdən məhrum edildi.
Gülistan əyalətindən olan bu vətəndaşlar 2015-ci ildə kəşfiyyat agentləri tərəfindən həbs edilmiş və 10-12 ay müddətində Məşhəd Kəşfiyyat Təcridxanasında təkadamlıq kamerada saxlanılmışdılar.
Bu üç nəfər təxminən 4 ildir Məşhəddəki Vəkilabad həbsxanasında saxlanılır.
Son həftələrdə bir çox Sünni vətəndaş Zahidan Mərkəzi Həbsxanasında mühakimə olunma şansı verilmədən qəfildən edam edildilər.