Təbrizdə əhali ayağa qalxdı:Qarabağ bizim olacaq!!
İranın şimalındakı müxtəlif bölgələrdə minlərlə Türk vətəndaşın bir çox rayonlarda o cumlədən Azərbaycan, Zəncan, Tehran və …başqa yerlərdə Qarabağın 30 illik işğalına son verilməsi istəyi və Azərbaycana dəstək verilməsi məqsədilə çıxan nümayişlər!
Dünən 1 Oktyabr günü İranın Türk şəhərlərində o cumlədən Təbriz, Urmiya, Zəncan, Meşkinşəhr, …həmçinin paytaxt Tehranın belə daxil olduğu bir şəkildə əksər şəhərləri minlərlə vətəndaşın Qarabağ və Azərbaycanın 20% torpaqlarının 30 illik işğalını və 30 illik şiddəti qınayan şüarlar səsləndirən mitinq və nümayişlərinə şahid oldu.
BMT-yə və onun qəbul olunmuş konvensiyalarına görə, Dağlıq Qarabağ Azərbaycan Respublikasına ayid regiondur, lakin bu yaxınlarda Ermənistan yenə Azərbaycan ərazilərinin 20% -nin on minlərlə günahsız insanın qan tökülməsi bahasına vəhşicəsinə qəsb etməsinə baxmayaraq daha güstahca və hərbi hücüma başlayıbdır.
Sosial mediada paylaşılan videolarda nümayişçilərin türkcə “Qarabağ bizimdir, bizim olacaq” və “Ya ölüm ya da Qarabağ” mənasında şüarlar səsləndirdikləri əks olunur.
Həmin gün mitinqlərdə təhlükəsizlik qüvvələri tərəfindən onlarla etirazçı döyüldü və həbs edildi.
Şərqi və Qərbi Azərbaycandan, Zəncan və Ərdəbilə bağlı olan millət vəkilləri açıqlama verərək, Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olduğuna və işğal olunduğuna şübhə olmadığını və bölgənin Azərbaycana qaytarlmalı olduğunu söylədilər. Bəyanatda, həmçinin İranın səxavətlə Azərbaycanın Naxçıvana gedən quru yolunu Ermənistan Respublikası xeyrinə istifadə etdiyi bildirilir.
Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan Respublikası ərazisinin bir hissəsidir. Mülki və milli Türk fəalların toplu açıqlamasında deyildiyi kimi:
Sovet İttifaqının süqutundan sonra Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı, bölgənin çağdaş tarixindəki ən dəhşətli insan faciələrindən biri oldu. Rəsmi məlumatlara görə, hadisə təxminən 30.000 insanın ölümünə, 50.000 nəfərin yaralanmasına, 4000-dən çoxunun itkin düşməsinə və bir milyondan çox Azərbaycan Respublikasının vətəndaşının didərgin düşməsinə səbəb oldu.
Bu bölgədəki qətllər, xüsusən də sadə vətəndaşların qırğınları, minlərlə azərbaycanlı qadının, uşağın və qocanın dünya gözü qarşısında öldürülməsinin ürək sarsıdıcı səhnələrini göstərdi, yalnız bölgəni Azərbaycan türklərindən etnik və irqi təmizləmək məqsədi ilə oldu. Azərbaycanlıların bu etnik təmizləmənin və təcavüzkarlığın ən ciddi şəkildə qeyri-insani hədəfi olduğu günlərdə, İran İslam Respublikası rəsmilərinin Ermənistan hökumətinə səssizliyi və dəstəyi milyonlarla İran türkünün kollektiv vicdanına zərər vurdu və müxtəlif yollarla hücuma məruz qoydu. Azərbaycan Respublikasında İran İslam Respublikası rəsmilərinin Qarabağdakı qırğınlara münasibətini qınadıqlarını bildirdilər.
O dəhşətli günlərdən təxminən otuz il keçsə də, bölgənin Ermənistan tərəfindən işğalı hələ də davam edir və təəssüf ki, diplomatik vasitələr bölgənin çağdaş tarixindəki bu fəlakətin qurbanlarının və zərəkçəkənlərinin hüquqlarını yerinə yetirə bilmədi. Bununla yanaşı, müxtəlif beynəlxalq qurumların bir çox hesabat və bəyanatında Ermənistan hökumətinin işğalı və Azərbaycan Respublikası sıravi vətəndaşlarının bu hökumət tərəfindən qətlə yetirilməsi açıq şəkildə təsdiqlənmiş və Azərbaycan Respublikasının haqlı olduğu vurğulanmışdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, sırasıyla 10 May 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı Qərarlarda (30 Aprel 1993-cü ilə təsadüf edir), ən yüksək beynəlxalq hüquq qurumlarından biri olaraq, 7 Avqust 1993 (ilə üst-üstə düşür) “29 İyul 1993, 22 Oktyabr 1993 (14 Oktyabr 1993) və 21 Noyabr 1993 (12 Noyabr 1993) Azərbaycan ərazilərinin Ermənistan hərbçiləri tərəfindən işğalına son verilməsinə çağırdı.”