Türkiyəyə 90 günədək gedən Azərbaycan vətəndaşlarına viza lazım olmayacaq
2019-cu il fevralın 25-də Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Saziş qüvvəyə minib.
Həmin sazişə görə, Türkiyəyə səfər edən, bu ölkədən tranzit keçən və ya müvəqqəti qalmaq üçün gedən azərbaycanlılar 90 gün müddətinə viza tələbindən azad olunurlar.