Türkiyə İran xalçalarının idxalını qadağan etdi
İranın Bir tərəfdən Azərbaycan Respublikası ilə başqa tərəfdən də Türkiyə ilə arasında gərginliyin artmasından sonra İran İxracat Konfederasiyasının keçmiş rəhbəri İran xalçalarının Türkiyə və Azərbaycan Respublikasına ixracının dayandırıldığını bildirib.
Cümə axşamı, 14 Oktyabr 2021-ci ildə “Razi Hacı Ağamiri” Tejarat News-a dedi: “Türkiyə İran xalçalarının ixracının əsas istiqamətlərindən biri olsa da, Türkiyə hökuməti İran xalçalarının idxalına qadağa qoyub.”
Ağamiri siyasi hadisələri İran xalçalarının Türkiyə və Azərbaycana ixracını dayandıran bir amil olaraq qiymətləndirdi və dedi: “Keçmişdə Türkiyə İran xalçaları ilə çox maraqlanırdı, amma siyasi hadisələr bu ölkəyə xalça ixracının dayanmasına səbəb oldu. Ayrıca, əvvəllər bəzi xalçalar Azərbaycana ixrac olunurdusa, uzun müddətdir ki, bu ölkəyə heç bir xalça ixrac edilmir”.
Tejarat News xəbər verir ki, “Bu ilin ilk üç ayında İranın xalça ixracı təxminən 5 milyon dollar idi, bu da xalça ixracatının praktiki olaraq sıfıra yaxın olması deməkdir”.
İran və Azərbaycan arasında gərginlik bu ilin Sentyabrında Azərbaycan Respublikasının ev sahibliyi etdiyi və Pakistan və Türkiyənin də qatıldığı təlimdən sonra başladı.
Təlimdən bir neçə gün sonra Ermənistana qeyri qanuni gedən İran yük maşınları Azərbaycan hökuməti tərəfindən daha çox məhdudiyyətlər və keçmişə nisbətən daha yüksək gömrük rüsumu ilə üzləşdi və iki iranlı sürücü həbs edildi.
Bu inkişafların ardından İslam Respublikası Ordusu ölkənin quzey -batısında “Xayberi fəth edənlər” adlı bir təlim keçirdi.
İslam Respublikası rəsmiləri, o cümlədən xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Bakını İsraili İranın Azərbaycanla olan sərhədində təxribat xarakterli hərəkətlər etməyə icazə verməkdə günahlandırdı və bu cür fəaliyyətlərə və bölgənin və onun geosiyasi sərhəddini dəyişdirmək cəhdlərinə dözməyəcəklərini xəbərdar etdi.
Azərbaycan Respublikası rəsmiləri, İslam Respublikası rəsmilərinin İsrailin Azərbaycanla İran sərhədi yaxınlığında hərbi qüvvəyə malik olması iddiasını rədd edərək bunu əsassız adlandırdılar.
Türkiyə son gərginlikdə Azərbaycan Respublikasının tərəfini tutdu.