Türk şivələri və ağızları; Yaddaşdan silinən ailə zarafatları
Aylar Tusərkani
Tutubəyim Şahverdi Xan Gəncəvinin qızı və İbrahim Xəlil Xan Qarabağın həyat yoldaşı idi. Tutubəyim bəzən danışığında Gəncəyə özəl olan sözlərdən istifadə edirdi və bu da həyat yoldaşı və qızının “Tutubəyimi” lağa qoyub gülmələrinə səbəb olurdu. “Yousef Vəzir” tərəfindən yazılmış “İki atəşin ortasında” romanının bir hissəsində Tutubəyim inadkarlıqla anasından “Yaer Hoyuşdur” (Hoyuş yaş deməkdir, Gəncə şivəsinə özəl bir kələmədir) deməsini istəyirdir bəlkə o da gülsün və anası “yox dağ qəlbirdir” (Qarabağlılar ümumi mənada “Uca” sözünün əvəzinə “qəlbi” sözünü işlədirlər), deyərək qızının Qarabağ şivəsi ilə zarafat edirdi və öz Gəncə şivəsini müdafiə edirdi. Bu görüntü bəzi Türk şivələri və ağızları ilə bir zarafat, ailə üzvləri və ya qohumları başqa bir şəhərdən və ölkədən olan Türklər arasında əbədi və nostaljik bir görüntüdür. Təəssüf ki, artan Türk dilinə istehza və İranda Türklər haqqında lətifələr söyləməklə, İran Türkləri başqalarının əlinə bəhanə verməmək üçün bu ailə lətifələrini yaddaşlarından əbədi olaraq siliblər.
Türk dili, ləhcələri, şivələri və ağızları
Türklər geniş coğrafiyaya dağılıblar və bu, bu dil kontekstində bir çox ləhcənin meydana gəlməsinə səbəb olmuşdur. Türk ləhcələrini araşdırarkən öncə “Çuvaş” və “Yaqut” dillərini başqa Türk ləhcələrindən ayırmaq lazımdır, çünki bu iki dil heç biri başqa Türkdilli insanlar tərəfindən anlaşıla bilməz. Bunlardan asılı olmayaraq, hamısı bir-birinə az-çox anlaşıqlı olan 26-dan çox Türk dili var və elmi cəhətdən hamısı bir dilin fərqli ləhcələrdir, bunlar arasında Türkiyə Türkcəsi, Azərbaycan Türkcəsi və Türkməncə və … işarə edilə bilər.
Bu Türk ləhcələri müxtəlif şivələrə ayrılır, məsələn, Azərbaycan Türkcəsi bəzi mütəxəssislər tərəfindən səkkizə, başqaları tərəfindən doqquza bölünür və bunların arasında Təbriz, Ərdəbil, Həmədan, Zəncan və s. Şivələrinə işarə edilə bilər.
Bu şivələr öz növbəsində ağızlara bölünür; Məsələn, Həmədan şivəsi “Bahar” ağzı, “Kövrəng” ağzı, “Rəzən” ağzı və s. Kimi ağızlara bölünür. Bu səbəbdən bir-birinin əvəzinə dil, ağız, şivə və ləhcə kimi sözlərin istifadə edilməsinin doğru olmadığını və Həmədan Türkcəsi və ya Marağa Türkcəsindən bəhs edə bilmərik. Ancaq Həmədan şivəsi və Marağa şivəsindən istifadə etməliyik.
Həmədan şivəsi Türkcəsinin bəzi özəllikləri
Türk dilinin ən geniş yayılmış şivələrindən biri, bu ərazilərdən insanların Tehrana köç etməsinin yüksək həcmi və bu şəhərlə geniş əlaqəsi sayəsində başqa şivələrdən nisbətən Tehranlılara və İranın başqa mərkəzi bölgələrinin qulağında daha çox aşınadir . Bu günlərdə “Abdulnasir Hemməti”nin (Həmədanın Kövrəng şəhərində anadan olub) namizədliyi və Türk dilində danışması ən çox müzakirə olunan mövzulardır. Bu şivə Əbhər, Takistan, Dərgəzin, Qəzvin, Buin Zəhra, Avəc, Həmədan, Rəzən, Bahar, Tuyserkan, Kövrəng, Pambulu (Famnin), Əsədabad, Lalcin, Məlayerdən Sonqora qədər uzanır və Zəncan şivəsinə çox oxşardır.
Həm Həmədan, həm də Zəncan şivələrində ikinci şəxsdə “S” hərfi feillərdən çıxarılır və “Gəlirsən”, “Alırsan” və “Gəlirsiz” kimi feillər S hərfi olmadan tələffüz olunur. Ancaq Həmədan şivəsi ilə Zəncan şivəsinin fərqi budur ki, Həmədan şivəsində feillərin son “n” (köhnə forması Nun ğənnə/ Nek) “y” hərfinə çevrilir. Üstdə işarə edilən fillərdə Zəncan şivəsində , Gəlirən, Alıran və Gəliriz və Həmədan şivəsində Gəlirəy, Alıray və gəliriz olaraq tələffüz olunur.
Türk dilinin hər hansı bir səbəbdən danışıq və yazışma mərkəzlərindən çıxarılan bütün şivələri zamanla dilin özündə dəyişiklik edə bilməmişdir. Bunun yaxşı tərəfi budur ki, başqa şivələrdə unudulmuş bəzi əski Türkcə kələmələr bu şəkildə canlı olaraq görülə və eşidə bilər. Dezavantajı bu şivələrin yeni yaradılmış dil formalarına malik olmamasıdır. Bu, daha qədim Türkcə kələmələri quzey əyalətlərdə Garmi və Tikantəpə kimi şəhərlərdə görə biliriz.
Həmədan şivəsi də bu qaydadan istisna deyil. Bu, şivə o şivələrdəndir ki kələmələrin qədim formasını onda görə bilirik. Məsələn, Həmədan şivəsində keçmişdə daha çox işlədilən “Tükəndi” (bitdi) feli, indi daha çox istifadə edilən “qurtardı”, “qurtuldu” və “bitdi” kimi fellər əvəzinə yenə də istifadə olunur. Tükəndi və Qurtuldu / Qurtardı fellərinin eyni vaxtda işlədildiyi coğrafi bölgələrdə, incə bir məna fərqi var. Tükəndi mənəvi şeyləri (qeyd vaxtı və ya səbrim tükəndi) tamamlamaq üçün istifadə edilir və qurtardı və ya qurtuldu maddi şeylərin tamamlanması kimi maddələrdən istifadə olunur (şəkər qurtardı və ya çay qurtardı). Həmədan şivəsində, “istehsal olundu” mənasını verən “türəndi” feli hələ də yayğındır ki, bu da İranın ortaq Türk şivələrinin heç birində demək olar ki, görülmür.
Əsasən bir şivədə mövcud olan və başqa şivələrdə görünməyən kələmələr çox vaxt 100 kələmədən çox deyil və “Tanri”, “Arqış”, “Ağma”, Axmaca “(şəlalə),” bilərgi “,” Qoşuqçu “(şair),” Sarı Çimçək”, Yarantı “, “Hoyuq” və” Yerləşgə”, kimi kələmələr hələdə Həmədan şivəsində var olan qədim Türkcə sözləridir.
Səs koordinasiya qanunu Türk dilinin ən vacib xüsusiyyətlərindən biridir. Türk ədəbi dili ilə müqayisədə Həmədan şivəsində, İranda mövcud olan bəzi Türk şivələri kimi, bu qanun bəzi hallarda müşahidə olunmur. Tarix boyu Həmədan türkləri İranda ortaq Türkcədən istifadə etmişlər. Şivələr və ağızlardakı fərqlər müəyyən bir şivə və ya ağızın başqa ağız və ya şivələrdən üstün və ya düzgün olması demək deyil; Məsələn, Həmədan şivəsində (bahar ağzı) səslərin qalınlıq və incəlik koordinasiyasının Türkiyə Türkcəsinə nisbətən geridədir (geri qalmış mənasında deyil) olduğu söylənilə bilər. Bu uyğunsuzluğun daha çox kələmələrin son ək aldığı zaman baş verməsi mümkündür. Bundan əlavə, “ü” səsinin “u” ilə əvəzlənməsi uyğunsuzluğun səbəblərindən biridir. Başqa tərəfdən, dodaqlanan və dodaqlanmayan “ı” və “u” saitlərinin “i” səsi ilə əvəz olunur ki, bu da uyğunsuzluğun başqa bir səbəbidir.
iranwire