Tramp prezident seçkilərinin təxirə salınmasını təklif edir
Amerikanın prezidenti Donald Tramp ilk dəfə olaraq bu il seçkilərinin təxirə salınmasını təklif edib.
Tramp Twitter hesabında yazıb ki, “poçtla səsvermə ilə 2020-ci il seçkiləri tarixdə ən qeyri-dəqiq və saxtalaşdırılmış seçki olacaq”.
Prezident əlavə edib ki, bu, ABŞ üçün ən utandırıcı bir hal olacaq. Seçkilər insanların normal və təhlükəsiz şəkildə səsverməsinədək yubadılmalıdırmı???”
Prezidentin seçkiləri təxirə salmaq kimi bir səlahiyyəti yoxdur. ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Bu tarix Konqres tərəfindən Konstitusiyaya əsasən təyin edilib.
Kapitolidəki dinləmələr zamanı senator Tim Keyn dövlət katibi Mayk Pompeoya Trampın tvitinə dair sual ünvanlayıb.
Prezident postuna dördüncü yerdə olan Pompeo seçkinin təxirə salınmasının mümkün olub-olmadığı ilə əlaqədar qanuni bir qərar vermək istəmədiyini deyib. Lakin sonda o bildirib ki, bu haqda hüquqi qərarı Ədliyyə Nazirliyi və digərləri verəcək.
“Bu ilki prezident seçkiləri təxirə salınmayacaq” – deyə, İllinois konqresmeni Rodni Devis tvit edərək bildirib.
Nyu-Meksikadan demokrat senator Tom Udall deyib ki, prezidentin belə bir təklif irəli sürməsi demokratik proseslərə ciddi zərbədir. O əlavə edib ki, Konqresin bütün üzləri və administrasiya fikrini bildirməlidir.
Prezident tarixçisi, Amerika tarixi barədə 10 kitabın müəllifi Maykl Beşloss Twitter-də yazıb ki, Amerika tarixində, hətta vətəndaş və İkinci Dünya müharibələri dövründə prezident seçkilərinin yubadılması təklif olunmayıb.
Rəy sorğularına görə, Tramp seçkilərin taleyini həll edən əsas ştatlarda prezidentliyə ehtimal olunan demokrat namizəd Co Baydendən xeyli geridədədir.
ABŞ-ın Kiber və İnfrastruktur Təhlükəsizliy Agentliyinin direktoru Kris Krebs deyib ki, mən bunu əvvəllər də demişəm, indi də deyirəm ” 2020 il seçkiləri çağdaş tarixdə ən təhlükəsiz seçki olacaq.”
VOA