Tramp cümə axşamı koronavirusla əlaqədar davam edən narahatlıqlara baxmayaraq, bizneslərin yenidən açılması üçün ştatlara daha çox təzyiq göstərməyə davam edib.
ABŞ Prezidenti Donald Tramp cümə axşamı koronavirusla əlaqədar davam edən narahatlıqlara baxmayaraq, bizneslərin yenidən açılması üçün ştatlara daha çox təzyiq göstərməyə davam edib.
Miçiqan ştatında ventiliyator istehsal etməyə hazırlaşan Ford Motor avtomobil zavodunu ziyarət edərkən normal fəaliyyətlərini tez bir zaman bərpa etməyən ştatlara Tramp bildirb ki, “insanların bunu qəbul edəcəyini düşünmürəm”.
Hazırda ABŞ iqtisadiyyatında böyük itkilərə səbəb olan qapanmalar 50 ştat üzrə həyata keçiriləsə də, ştatlar qismən iqtisadiyyatı açmağa doğru irəliləyir.
Əgər xəstəliyin ikinci dalğası yaranarsa “biz ölkəmizi bağlamayacağıq” – deyə, Tramp xəbərdarlıq edib.
Çıxışı zamanı o həmçinin bildirb ki, “davamlı bir qapanma sağlam bir dövlət və ya sağlam bir ştat üçün uyğun bir strategiya deyil”. Prezident əlavə edib ki, ölkə “tarixi bir geri dönüş üçün” hazırlaşır.
Qeyd edək ki, son 9 həftə ərzində koronavirus səbəbi ilə ABŞ-da 38,6 milyon amerikalı işsizlik müavinəti üçün müraciət edib.
DW