Tramp: “Çin koronavirusu qəsdən yaymayıb”
“Çin yeni növ koronavirus (COVID-19) infeksiyasını qəsdən yaymayıb”.
APA-nın xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.
“Onlar dəhşətli bir şey ediblər, amma bunu qəsdən etdiklərinə inanmıram”, – deyə ABŞ Prezidenti bildirib.
O qeyd edib ki, Çinin bacarıqsız idarəçiliyinə görə bu virus ölkədən kənara yayılıb.
Xatırladaq ki, D. Tramp və Dövlət katibi Mayk Pompeo Çini koronavirusun yayılmasında, faktların gizlədilməsində və pandemiyaya vaxtında reaksiya verməməkdə ittiham edirlər.