Traktor komandasının futbolçularının dördündə virusa yoluxma halı təsdiqlənib
İran Azərbaycanında Traktor komandasının baş məşqçisi komandanın futbolçularının dördündə yoluxma halının olduğunu açıqlayıb.
Komandanın baş məşqçisi Sakit İlhami mayın 24-də keçirdiyi mətbuat konfransında bildirib ki, Traktor futbol komandasının İran Futbol Federasiyasının göndərdiyi sağlamlıq və gigiyena qaydalarına əməl etməsinə baxmayaraq, koronavirus laboratoriya testlərinin nəticəsində komandanın 4 futbolçusunda yoluxma halı təsbit edilib.
İlhami həmçinin bildirib ki, bu vəziyyətdə komandanın digər futbolçuları virus təhlükəsindən uzaq durmaq üçün komandanın məşqlərində İştirak etməyəcək.
Traktor komandasının baş məşqçisi digər futbolçularında da korona testi alınacağını bildirib və deyib ki, “komandanın məşqləri bütün futbolçuların test nəticələri açıqlanana qədər bağlı olacaq.”
Daha öncə komandanın rəhbərlərində olan Əyyub Zülfəqari futbolçuların testlərinin neqativ olduğunu açıqlamışdı.
Bundan əvvəl İran Futbol liqasının Sepahan komandasında 2, Saipa komandasında 1 və Golgohər Sircan komandasında 6 futbolçuda virusa yoluxma halı aşkarlanmışdı.
İranın ən məşhur İdman xəbər portalı Varzesh3 liqanın tez bir zamanda başlamasını dəstəkləyən Tehranın Perspolis komandasının logistika heyətində 2 nəfərin koronavirusa yoluxduğunu yazıb.
İran futbol super liqasında koronavirusa yoluxan futbolçuların sayının artması İran Futbol Federasiyasını qərarlarını bir daha nəzərdən keçirmək məcburiyyətində buraxaraq, İranın İdman üzrə korona komitəsi mayın 26-da vəziyyəti incəlmək üçün toplantı keçirəcək.
İran səhiyyə nazirinin müavini İrəc Hərirçi mayın 12-də pandemiyadan dolayı təxirə salınan İran futbol liqasının oyunlarının mayın sonundan etibarən başlayacağını bildirmişdi. VOA