Tovuzun Vahidli kəndində: Heç bir yerə gedən deyirik
BBC müxbiri Azərbaycanla Ermənistan arasında son qarşıdurmanın mərkəzində olan Tovuz rayonuna baş çəkib.
Tovuz rayonunun Vahidli kənd sakini Arif Məmmədov həyətinə mərmi düşərkən onun çox yaxınlığında olub.
Mərmi onun min bir əziyyətlə heyvanları üçün topladığı ot tayasını yandırıb. Arif Məmmədov deyir ki, ot tayasına görə ona azı 1500 manat ziyan dəyib.