Tikantəpə Məhrum buraxılmış qızıl şəhər
Qərbi Azərbaycan əyalətinin “Tikantəpə” şəhəri İranın ən zəngin mineral yataqlarından biridir. Bu şəhərdə 60-dan çox qızıl və dekorativ daş mədəninə lisenziya verilib. İranda ən böyük qızıl mədənlərinin, o cümlədən “Zərşuran” və “Ağdərə” qızıl mədənlərinin mövcudluğuna görə Tikantəpə Azərbaycanın qızıl şəhəri kimi tanınır.
Təkcə Tikantəpə ölkənin ümumi qızıl ehtiyatlarının təxminən yarısını təşkil edir və hər il İranın ümumi qızılının təxminən 40 faizini istehsal edir. Buna baxmayaraq, bu şəhər İranın ən yoxsul bölgələrindən biri və ölkənin ən zəif inkişaf etmiş 31 şəhərindən biridir.
Çoxsaylı mədənlərin mövcudluğu nəinki Tikantəpəlıların iqtisadi inkişafı və güzəranının yaxşılaşdırılması üçün zəmin yaratmayıb, həm də bu mədənlərdə təhlükəli çirkləndiricilərin geniş istehsalına görə təbii sərvətlərin məhv edilməsində və vətəndaşların həyatı üçün təhlükə yaradan ən mühüm amilə çevrilib. Eyni zamanda, İnqılab Keşıkçılərı kəşfiyyatı ərazini hərbi kazarma kimi qoruyur və istənilən etiraz aksiyalarını təhdid və həbs etməklə basdırır.
Bu hesabatda mədənlərin çirkləndirici fəaliyyətinin törətdiyi fəlakətli nəticələr və bu bölgədə dövlət məmurlarının geniş yayılmış korrupsiyası nəticəsində Tikantəpəli vətəndaşların çəkdiyi əziyyətlərdən bəhs edilir.