Bununla da İranda virusa yoluxanların sayı 71 min 686, ölənlərin sayı isə 4 min 474 nəfərə çatıb.
Koronavirusla mübarizə üçün yaradılmış milli komitədə çıxış edən Həsən Ruhani bildirib ki, İranda virusa yoluxanların 2 faizi dünyalarını dəyişib. Lakin Avropa ölkələrində bu rəqəm 22 faiz təşkil edir.
Onun sözlərinə görə, sanksiyalar İrana virusla mübarizə aparmaq üçün əngəllər törətsə də xalqın birliyi və həkimlərin fədakarlığı daha böyük fəlakətin qarşısını alıb.
Rohani qeyd edib ki, Tehranda karantin şərtləri yumşaldılıb. Bəzi müəssisələrin işə başlamasına və metro istisna olmaqla şəhər daxili ictimai nəqliyyatın hərəkətinə icazə verilib. Lakin vətəndaşlar diqqətli olaraq sosial məsafəni gözləməli və tibbi maskasız bayıra çıxmamalıdırlar.