Tanınmış Kürd siyasi fəallarının Sulduzdakı gərgin hərəkəti qınamaları lazımdir !
Kürdüstan Demokratik Partiyası tərəfindən Sulduz xalqının qanlı qırğınının 41-ci ildönümündə Sulduzda təxribatçı və hədəfli hərəkətlərin baş verməsi müşahidə olundu.
Tanınmış dağçı “Məhəmməd Oraz”ın heykəlinin Sulduzda quraşdırılması Sulduzun ictimai-siyasi ab-havasını yenidən alovlandırdı.
Əslində bu iki xalqın dostluğunu və yaxın əlaqələrini təmsil edən Məhəmməd Oraz Sulduz şəhərində bir Kürd ata və bir Türk anadan dunyaya göz açmışdır və bu gün tanınmış məşhur alpinistdir. Təbii ki, hər hansı bir vəfat etmiş idmançının heykəlinin öz məmləkətində qoyulması normaldır, ancaq Məhəmməd Orazın heykəli kritik bir zamanda şəhər məclisi və Sulduz bələdiyyəsi ilə razılaşdırılmadan qurulmuşdur ki, şəhər şurasının bütün üzvlərinin hamısı öz müxalifətini bununla vurğuladı.
Kürdlər mərhumu ataərkil bir baxışilə Kürd kökənli təqdim edərək onun başarılarına öz xalqının varis etməklə onun anasının Türk olmasından söz etmək istəmirlər. Heykəli Sulduz bələdiyyə bilmədən və onlara görə tam qeyri-qanuni şəkildə qurdular. Sulduz Bələdiyyə Məclisinin yeddi üzvünün hamısı, heykəlin sökülməsinə çağıraraq əks təqdirdə ortaq bir şəkildə istefa edəcəklərini söyləyən ortaq bir bəyanat da verdilər.
Zəmanlamasına diqqət etdikdə əslində bu gərginlik Sulduz xaricində meydana gəldi və İslam Respublikasının təhlükəsizlik qolları tərəfindən idarə olunması ortadadır və şəhərin siyasi rəsmiləri bunu həll etmək iqtidarında deyillər.
Türk xalqının Sulduz qırğını qurbanlarını anması kimi bir həssas günün seçilməsi yalnız türk xalqı ilə kürdlər arasındakı ehtimali gərgnliyi gücləndirməsini bilərək bu kimi tədbirlər məhz təxribatçı məqsədlər ilə hayata keşməkdədir. Vilayətdəki türk və kürd xalqları arasındakı gərginlik Məhəmməd Mehdi Şəhriyarinin Qərbi Azərbaycanın valisi təyin olunmasından bəri güclənmişdir.
Digər tərəfdən, Tehran bu mübahisələri o qədər artırır ki, Həsən Ruhani son iki ildə saxta “Urmiya əyaləti” ifadəsini Qərbi Azərbaycan vilayətinin əvəzinə üç dəfə işlətmişdir .
“Urmiya vilayəti ”Qərbi Azərbaycan vilayətini iki əyalətə bölməyə çalışan bəzi kürd qruplarının ən sevimli ifadəsidir. Son illərdə bəzi kürd televiziyaları və mətbuatı “Urmiya vilayətini” “Qərbi Azərbaycan vilayəti ilə əvəz ediblər və mətbuatları və sitələrində öz xəbərlərini bu saxta adla bəzəməkdədirlər.
İndiyə qədər bir neçə kürd siyasətçisi Sulduzun son hadisələrinə reaksiya veribdir. Ancaq onların cavabı, bu gərginliklərin kökənli günahkarları qınamaqdan daha çox, türk xalqının hisslərini sakitləşdirmək olunbur.