Təbrizdə: Türk milli fəal İrəc Bədəli saxlanılıb
Azərbaycanlı milli-mədəni fəal İrəc Bədəli Təbriz şəhərinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
İ.Bədəli mayın 15-də iş yerindən çıxarkən tutulub.
Məlumata görə Təbriz şəhərin təhlükəsizlik təşkilatının əməkdaşları keçən həftə İrəc Bədəliyə zəng edərək onu bu idarəyə çağırmışdılar, lakin milli fəal bu qeyri-qanuni tələbi rədd edərək məhkəmə tərəfindən yazılı olaraq çağırış vərəqəsinin göndərilməsini istəmişdi.
Milli fəalın hansı səbəbdən tutulduğu və harada saxlanıldığı barədə hələlik heç bir məlumat yoxdur.