Təbrizdə Traktor oyununda “Azadlıq, ədalət, milli hökumət” şüarı səsləndirilib
Mayın 12-də Təbriz stadionunda traktor komandasının İranın Premyer Liqasında mübarizə aparan Nassaji Mazandaran komandası ilə oyunu keçirilib. Bu oyun traktor komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İranda məşhur türk komandasının qələbəsi ilə yanaşı, Təbriz şəhərindəki traktor qalibiyyətindən sonra bu komandanın azarkeşlərinin sevinci, oyun zamanı səsləndirilən siyasi və tələbkar şüarlar da diqqət çəkib.
Sosial mediada paylaşılan video-görüntülərə görə, Traktor komandası azarkeşlərinin “Azadlıq, ədalət, milli hökumət” şüarını səsləndiriblər.
Bundan əvvəl aprelin 23-də Təbrizdə keçirilən “Traktor” oyununda da bu komandanın azarkeşləri bu şüarları səsləndiriblər.
“Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarı istisnasız olaraq bu komandanın hər oyununda stadionda səsləndirilən gənclərin əsas şüarlarından biridir. Bu şüar İranda türklərin ana dilində təhsilin zəruriliyini vurğulayır.
“Azadlıq, ədalət, milli hökumət” keçən ilin sentyabr ayından başlayan kütləvi etirazlar zamanı İran Azərbaycanının şəhərlərində dəfələrlə səsləndirilib. Həmin şüarın İranda etirazlardan sonra son zamanlar bu komandanın azarkeşlərinin əsas şüarlarından birinə çevrildiyi müşahidə olunur.
Traktor azarkeşlərinin hər matçda səsləndirdiyi “Azərbaycan qızları, göylərin ulduzları”, “Azərbaycan var olsun, istəməyən kor olsun” və “yaşasın Azərbaycan” şüarları da bu oyunda eşidilib. Səlahiyyətlilərin vədlərinə baxmayaraq, bu oyunda stadionda qadın tamaşaçıların iştirakına icazə verilməyib.
Həmçinin sosial şəbəkələrdə yayımlanan bəzi şəkillərdə “Traktor” oyunundan sonra şəhər azarkeşlərinin komandalarının qələbə sevinci zamanı əllərində Azərbaycan Respublikasının və Türkiyə bayraqlarının olduğu görünür.
Traktor komandası Asiya çempionatına vəsiqə qazanmaq üçün bir sonrakı matçda Tehranın İstiqlal komandası ilə qarşılaşacaq.
VOA