Təbrizdə: Məhəmməd Mahmudi 4 ay həbs cəzasına məhkum edilib
Təbrizdə etirazlar zamanı saxlanılan Türk milli-mədəni fəal Məhəmməd Mahmudi 6 ay həbs cəzasına məhkum edilib.
M.Mahmudi mayın 13-də Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə edilib.
Fəal “sistemin əleyhinə təbliğat aparmaq” və “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” ittihamları ilə üzləşib.
Məhkəmənin hökmü, yazılı şəkildə fəalın vəkilinə elan edilməyib və şifahi şəkildə məhkəmə hakiminin katibi tərəfindən elan edildiyi bildirilir.
O, 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə Təbrizdə saxlanılmışdı.
Məhəmməd Mahmudi 100 günə yaxın İranın təhlükəsizlik təşkilatına məxsus həbsxanalarında saxlanıldıqdan sonra 600 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında fevralın 26-da müvəqqəti olaraq sərbəst buraxılıb.