Təbrizdə hava həssas qruplar üçün sağlam deyil
Doğu Azərbaycan Ətraf Mühit Mühafizəsi Baş İdarəsinin Hava Keyfiyyətinin Nəzarət Mərkəzi Təbrizdə bu gün, şənbə, 8 Yanvarda havanın çirkli və həssas qruplar üçün sağlam olmadığını açıqlayıb.
Bu mərkəzin məlumatına görə, Təbriz havasının çirklilik indeksinin son 24 saatda orta göstəricisi 2,5 mikron hissəciklər əsasında 110-a bərabər olub ki, bu da həssas qruplar üçün qeyri-sağlam hesab edilir.
Hesabatda deyilir: Həssas qruplar üçün hava şəraitinin qeyri-sağlam olduğu vəziyyətlərdə ürək və ya ağciyər xəstəlikləri olan insanlara, hamilə və əmzirən qadınlara, yaşlılara və uşaqlara uzunmüddətli, açıq hava fəaliyyətdən çəkinmələri tövsiyə olunur.
Çirklənmə indeksi sıfırdan 50-yə qədər təmiz hava, 50-dən 100-ə qədər sağlam, həssas qruplar üçün 100-dən 150-yə qədər qeyri-sağlam hava, 150-dən 200-ə qədər isə bütün qruplar üçün qeyri-sağlam havaya işarə edir və çirklənmə indeksi isə 200-dən artıq olursa havanın vəziyyəti böhran dərəcəsinə çatıb deməkdir.
Təbriz metropolunun bu ilin soyuq mövsümündə havası 10 gündən artıqdır ki, çirklənib və həssas qruplar və ya bütün qruplar üçün qeyri-sağlam vəziyyətdə qalıb.
Sənaye müəssisələrinin Təbrizin batısında yerləşməsi, küləklərinin batıdan doğuya tərəf əsməsi, Təbriz elektrik stansiyasının mazut yandıraraq çalışması və şəxsi nəqliyyat vasitələrinin və köhnəlmiş avtobusların istifadəsi Təbrizdə havanın çirklənməsinin əsas səbəblərindən biridir.