Təbriz şəhər sakini Məsud Qasımzadə həbs edilib
İran Azərbaycanının Təbriz şəhər sakini Məsud Qasımzadə həbs edilib.
Günaz TV saytında dərc olunan məlumata görə, milli fəal Məsud Qasımzadə noyabrın 13-də Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Milli fəalın yaxınları tərəfindən verilən məlumata görə, Qasımzadə həbs edildiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən onun saxlanılması ilə bağlı heç bir qanuni sənəd göstərilməyib.
İndiyə qədər Məsud Qasımzadənin saxlanılmasının səbəbləri, ona qarşı irəli sürülən ittihamlar və harada saxlanılması ilə bağlı heç bir məlumat yoxdur.
Məsud Qasımzadə bundan öncə də apardığı dinc fəaliyyətləri ilə bağlı dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən dindirilərək təhdid edilib.
Son zamanlarda Asiya Futbol Konfederasiyasının rəsmi saytında yerləşdirilən sorğu nəticəsində Asiyanın ən populyar komandası seçilən Traktor komandası İranda türklərin hüquqlarının pozulmasına qarşı etiraz tribunu kimi tanınır və indiyədək yüzlərlə azərbaycanlı bu komandanın oyunlarında İran hökuməti qüvvələri tərəfindən həbs edilib.