Təbriz məhkəməsi Həkimə Əhmədinin ölkədən çıxışına qadağa qoyub
Təbriz Cəza Məhkəməsinin 2-ci şöbəsi türk fəal Həkimə Əhmədinin ölkədən çıxışına qadağa qoyub. Qadağa qərarı çərşənbə günü məhkəmə tərəfindən göndərilən çağırış vərəqəsində açıqlanıb.
Güney Azərbaycan Televiziyası (Günaz TV) və Öyrənci saytının yaydığı xəbər və görüntülərə istinadən, Həkimə Əhmədidən sentyabrın 23-də “izahat vermək üçün” məhkəməyə müraciət etməsi tələb edilib. Lakin, çağırış vərəqəsi eyni tarixdə fəalın əlinə çatıb.
Çağırış vərəqəsində yazılanlara görə, Təbriz Cəza Məhkəməsinin 2-ci şöbəsi milli fəalı “ictima asayişi pozmaq” ittihamı ilə mühakimə edir.
Əhmədi iyul ayının 16-da Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu önündə saxlanılıb və təqribən üç həftə nəzarətdə saxlanıld.
VOA