Təbriz məhkəmə məsulları: 24 İyul etirazlarında saxlanılan fəallar hələlik həbsdə qalacaq
6 Avqust 2021
24 İyulda Təbrizdə keçirilən etiraz aksiyalarında saxlanılan mədəni fəalların ailə üzvlərinin müraciətlərinə cavab olaraq məhkəmə məsulları, bu fəalların hələlik həbsxanada qalacaqları və yaxın günlərdə haqlarında qərar veriləcəyini deyiblər.
İranwire -in məlumatlara görə, Nadir Sadiqiyan, Yusif Sələhşur, Vəhid Əbhəri, Məhəmməd Mərdi, Şahin Bərzgər, Riza Şəhrivər, Məhəmməd Kazimi, Əmir Səttari Rəuf və Müctəba Əbdüli adlı fəalların ailələri, uşaqlarının sağlamlıq vəziyyətindən və həbs səbəblərindən xəbərsiz idilər. Son günlərdə Təbriz məhkəmə orqanlarının qeyri -müəyyən cavabları da onların qayğılarını artırıb.
Xatırlatmalıyıq ki mədəni fəalların və İslam Respublikası müxalifəti Azərbaycan partiyalarının, çağırışlarının yayımlanmasının ardından 24 İyul 2021-ci il tarixində “Təbriz” şəhəri, bu şəhərin vətəndaşlarının Xuzistan xalqına dəstəyi və hökümətin səmərəsizliyinə qarşı etiraz aksiyalarına şahid oldu.
Bu etiraz mitinqi, Xuzistanın ərəb xalqına verilən dəstək ilə birlikdə, Təbrizlilərin İran Türklərinin etnik hüquqlarını tələb etmək və rejimin Azərbaycana qarşı iqtisadi, mədəni və siyasi ayrıseçkiliyinə etiraz etmək üçün kollektiv və fərqli bir hərəkəti idi.
24 İyul etiraz aksiyalarında saxlanılanlardan biri olan Şəhruz Bərzgər, qohumları ilə təmasda olaraq təkcə Təbriz şəhərində saxlanılanların sayının 150 -dən çox olduğunu bildirmişdi.
Saxlanılan fəallardan bəziləri girov qarşılığında məhkəməyə qədər sərbəst buraxılsa da həbsdə olan başqa bir çox məhbus haqqında məlumat yoxdur.
iranwire