Təbriz, Ərdəbil və Sulduz şəhərlərində vatandaşların həbsi davam edir
İranwire-ə çatan xəbərlərə görə, 4 oktyabr 2022-ci il çərşənbə axşamı təhlükəsizlik qüvvələri Bəhram Yəqubini Təbrizdəki evində həbs etdilər. Bu müəllimin həmkarlar ittifaqı üzvünü həbs edən zaman məmurlar onun evində axtarış aparıb, onun və həyat yoldaşının kompüterini və telefonunu müsadirə ediblər. Eyni zamanda Təbriz sakini Ramin Behzad da bu şəhərdə təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerə aparılıb.
Ərdəbildə 5 oktyabr Çərşənbə günü təhlükəsizlik qüvvələri mədəni fəal və keçmiş siyasi məhbus Yusif Karini həbs ediblər. Oktyabrın 1-da şənbə günü təhlükəsizlik qüvvələri Yusuf Karini həbs etmək üçün atasının evinə getsələr də, bu mədəni fəal evdə olmadığı üçün onu həbs edə bilməyiblər. Ayrıca çərşənbə günü Ərdəbildə yaşayan daha bir mədəni fəalı iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Ərdəbilin mədəni fəalları da xalq etirazlarına və həbs edilmiş vətəndaşlara dəstək olaraq son iki həftə ərzində ardıcıl neçə dəfədir ki divar yazıları yazırlar.
Batı Azərbaycan əyalətində geniş həbslərin davam etməsi ilə eyni vaxtda 24 sentyabr 2022 şənbə günü Sulduz Kəşfiyyat İdarəsinin məmurları Bəhram Cəfəri və Xəlil Muradini evlərində həbs etdilər. Bu vətəndaşların həbsindən iki həftəyə yaxın vaxt keçməsinə baxmayaraq, onların həbsinin səbəbləri və onlara qarşı irəli sürülən ittihamlar barədə hələ də məlumat yoxdur.