Təbrizdə milli fəal Zeynal Tənhayi həbs edilib
Təbriz şəhərində yaşayan milli fəal Zeynal Tənhayi həbs edilib.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Tənhayi oktyabrın 4-də İranın kəşfiyyat nazirliyinin qüvvələri tərəfindən həbs edilib.
Oktyabrın 4-də İranın Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri Zeynal Tənhayinin şəxsi evinə basqın edərək onu döyüb və evində axtarış apardıqdan sonra, onu naməlum bir yerə aparıblar.
Basqın məhkəmə qərarı olmadan baş verib. Axtarış əməliyyatı zamanı milli fəalın cib telefonu, şəxsi əşyaları və bundan əlavə həyat yoldaşının da bəzi şəxsi əşyalarını müsadirə ediblər.
İran Azərbaycanında Qarabağ müharibəsində Azərbaycan Respublikasına dəstək nümayişləri çağırışlarından sonra İran hökumətinin kəşfiyyat agentləri tərəfindən çox sayda milli fəal və vətəndaş həbs edilib.VOA