Təbrizdə Əyyub Şiri Cinayət Məhkəməsinə çağırılıb
Təbriz şəhərində yaşayan milli fəal Əyyub Şiri 10 milyon tümənlik pul cəzası ilə əlaqədar Təbrizin cinayət məhkəməsində hökmlərin icra bölməsinin 4-cü şöbəsinə çağırılıb.
Sentiyabrın 15-də Təbrizin Ümumi və İnqilab Məhkəməsində hökmlərin icra olunma məhkəməsinin 4-cü şöbəsi tərəfindən Əyyub Şiriyə göndərilən elektron məktuba görə, milli fəaldan 1 il şərti həbs cəzası və 10 milyon tümənlik pul cəriməsi ilə əlaqədar hökmü icra etmək üçün ondan 5 gün ərzində məhkəməyə gəlməsi istənilib. Məktubda azərbaycanlı fəalın müəyyən edilmiş zaman içində məhkəməyə gəlmədiyi təqdirdə, saxlanılacağı bildirilir.
Şiri daha əvvəl Təbriz 2-ci Cinayət Məhkəməsi tərəfindən “ictimai asayişi pozmaq” ittihamı ilə 1 il həbs və 74 şallaq cəzasına məhkum edilmişdi. Bu cəza milli fəalın qeydiyyatı olmaması səbəbindən dolayı 1 il təxirə salınıb və milli fəal 10 milyon tümən cərimələnib.
O, əlcəklər, yuyucu vasitələr, alkoqol salfetləri və digər oxşar materialların hazırlanması ilə əlaqədar 10 milyon tümənlik məbləği ödəmək üçün çağırılıb.
Bundan əlavə Əyyub Şiri Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinin sədri, hakim Rəhim Həmləbər-in tərəfindən 2 il həbs cəzasına məhkum edilib.
Onun qardaşı Davud Şiri ilə birlikdə 2019-cü ilin noyabr ayının 17-də İranın təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdəki iş yerlərində tutulub və nəzarətə alınmışdı.
Bu iki qardaş 3 aydan daha çox təhlükəsizlik qurumunun nəzarətində saxlanılaraq sorğu-sual olduqdan sonra fevral ayının 26-da 800 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılmışdı.