“Şərqi Azərbaycan İranın ən çox mühacir göndərən vilayətidir”
ranın mərkəzi bölgələrinə mühacirət səviyyəsinə görə, Şərqi Azərbaycan İran vilayətləri arasında birinci yeri tutur. Şərqi Azərbaycan valisi bu barədə mətbuata məlumat verib.
“Acı həqiqət budur ki, Şərqi Azərbaycan ölkənin ən çox mühacir göndərən vilayətidir,” vali Məhəmmədrza Purməhəmmədi mətbuat nümayəndələrinə açıqlayıb.
Yarı-rəsmi “Fars” agentliyinin xəbərinə görə, Purməhəmmədi deyib ki, “mühacirət səviyyəsinin yüksək olmasının səbəbləri məişət çətinlikləri və iş imkanlarının olmamasıdır.”
İran Azərbaycanının digər vilayətləri də mühacirət səviyyəsinin ən yüksək olduğu vilayətlər arasındadır. Ərdəbil vilayəti də keçmişdə fərqli dönəmlərdə “ən çox mühacir göndərən vilayətlər siyashısının” başında yer alıb.
Daha əvvəl Amerikanın Səsinə müsahibə verən iqtisadçı Mehdi Nəimi İran Azərbaycanından ölkənin digər bölgələrinə olan mühacirət səviyyəsini “anormal” və “düşündürücü” olaraq dəyərləndirib.
Nəiminin sözlərinə görə, “İran Azərbaycanının bəzi şəhərlərin hazırkı əhalisinin təqribən iki qatı Tehran kimi şəhərlərə mühacirət edib.” VOA