Şuşda iki Ərəb gənc Bəsic qüvvələri tərəfindən güllələnərək öldürüldü
Hüquq müdafiəçiləri Şuşda Bəsic qüvvələrinin atəşi nəticəsində iki gəncin öldüyünü deyirlər, lakin İran İnqilab Keşikçiləri güllələnən gəncləri müxalif və istiqlalçı “Əlnizal” təşkilatının üzvləri adlandırdı.
İran insan haqları fəallarının xəbər orqanı olan Harana, 26 Mart 2021-ci il Cümə günü Şuş şəhərindən iki vətəndaşın Bəsic qüvvələri tərəfindən vurulduğunu və xəstəxanaya aparıldıqdan sonra öldüyünü söylədi.
Harana bu iki nəfərin şəxsiyyətini “Şuş şəhərinin Dəvvar bölgəsinin sakinləri, təxminən 20 yaşındakı Saleh oğlu İbrahim Ətşani və təxminən 24 yaşındakı Kərim oğlu Mustafa Hərgani” olaraq bildirib.
İnqilab Keşikçiləri, qurbanların “Şuş şəhərindəki hərbi və polis və mühafizə orqanları sahələrinə hücum etmək, silahla atəş etmək və bu qərargahlara girmək istədiklərini” söyləyən bir açıqlama yaydı.
İnqilab Keşikçiləri tərəfindən dən edilən açıqlamada, bu iki nəfər Əlnizal təşkilatının üzvü olaraq bildirilib və onlardan biri toqquşmada yaralandıqdan sonra xəstəxanaya aparılarkən həyatını itirib.
İran hökuməti “Əhvazın Qurtuluşu üçün Ərəb Mübarizə Hərəkatı” ya da “Nizal Hərəkatı”nı “terrorçu” adlandırır və 22 Sentyabr 2018-ci ildə Əhvazdakı İran-İraq müharibəsinin ildönümü ilə əlaqədar hərbi parada silahlı hücumda günahlandırır. Bu hücumda 18 nəfər İnqilab Keşikçiləri üzvü daxil olmaqla 24 nəfər öldürüldü.
iranwire