Sulduzlu mədəni fəal İranın təlükəsizlik quvvələri tərəfindən əyağlarından güllələndi
14 Aprel 2022-ci il səhər saatlarında Batı Azərbaycan əyalətinin Sulduz şəhərində təhlükəsizlik qüvvələri Əli Hacı Məhəmmədinin iş yerinə basqın edərək, keçmiş siyasi məhbus və mədəni fəalı iki güllə ilə yaralayıblar.
İranwire-ə çatan məlumatlara görə, mülki geyimli məmurlar cümə axşamı səhər Sulduz sakini Əli Hacı Məhəmmədinin iş yerinə basqın edərək onu həbs ediblər. Əli Hacı Məhəmmədinin məmurlardan məhkəmə qərarı tələb etməsi və həbsə müqavimət göstərməsindən sonra məmurlardan biri öncə bu mədəni fəalın üzünə bibər qazı vurub, başqası isə Əli Hacı Məhəmmədini iki güllə ilə ayağından vuraraq onu yaralayıb.
Əli Hacı Məhəmmədinin bir qohumunun sözlərinə görə, mədəni fəal hadisədən sonra Sulduz xəstəxanasına aparılıb və əməliyyat olunub və hazırda bu xəstəxanadadır. Vətəndaşın əməliyyatı zamanı xəstəxanada çoxlu sayda təhlükəsizlik qüvvəsi olub və xəstəxanada və ətrafında geniş təhlükəsizlik mühiti yaranıb.
Bu xəbər yazılana qədər, təhlükəsizlik qüvvələrinin Əli Hacı Məhəmmədini həbs etməsinin səbəbləri barədə heç bir məlumat yoxdur.
Əli Hacı Məhəmmədi keçmiş siyasi məhbus və Sulduzda yaşayan tanınmış mədəni fəallardan biridir. Bu Türk mədəni fəal son iyirmi ildə bir neçə dəfə saxlanılıb və həbs edilib. Əli Hacı Məhəmmədi həm də 2007-də keçirilən “Ümumdünya Ana Dili Günü” toplantılarının məhbuslarındandır. Bu işə görə ona 30 şallaq zərbəsi, iki milyon tümən cərimə və 4 ay həbs cəzası verilib.
#Azərbaycan_xəbərləri #siyasi_məhbuslar