Son günlər İranda koronavirusa yoluxanların sayı artmaqda davam edir
Son günlər İranda koronavirusa yoluxanların sayı artmaqda davam edir.
Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. Onun sözlərinə görə son 24 saat ərzində 2 min 311 nəfər virusa yoluxub, 51 nəfər isə ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 131 min 652 nəfərə, ölənlərin sayı isə 7 min 300 çatıb.
Mətbuat katibi bildirib ki, xüsusi xəstəxanalarda müalicə alan 3 minə yaxın yoluxan adamın vəziyyəti ağırdır.
İranın İSNA agentliyinin səhiyyə nazirinin müavini Qasım Babayiyə istinadla yaydığı məlumata əsasən 10 minə yaxın tibb işçisi virusa yoluxub. Nazir müavini rəqəm deməsə də bildirib ki, yoluxan tibb işçiləri arasında ölənlər də var. Azərtac