Son 20 gündə ən azı 44 Türk mədəni fəal çağırılaraq həbs olundu
Qarabağ sülh anlaşmasının imzalanmasından 20 gün keçir. 10 Noyabr 2020 Çərşənbə axşamı səhər, Azərbaycan Respublikası və Ermənistan barış anlaşması imzaladılar və İkinci Dağlıq Qarabağ savaşına son verəcəyinə söz verdilər.
Buna baxmayaraq, İranda Türk mədəni cəmiyyəti fəallarına qarşı təhlükəsizlik və məhkəmə təzyiqləri davam edir; Son dörd ayda İslam Respublikasına və Rusiyanın Ermənistana dəstək siyasətinə etiraz olaraq küçə mitinqlərindən sonra qarşıdurmalar çox sayda artmışdır.
Iranwire-ə gələn xəbərlərə görə, son 20 gündə ən azı 44 Azərbaycanlı mədəni fəal həbs edildi və ya məhkəməyə çağrıldı.
Şşənbə günü Təbrizli vətəndaşları Həkimə Əhmədi və Yasmən Zəfəri ayrı ayrı bildiriş ilə Təbriz Cəza Məhkəməsinin 112 saylı şöbəsinə çağrıldılar.
Bu iki mədəni fəal, Qarabağın azadlığını dəstəkləyən etiraz aksiyalarında tutulanlar arasındaydılar və məhkəmənin sonuna qədər 200 milyon Tümən girov müqabilində müvəqqəti sərbəst buraxılmışdılar.
Bundan əvvəl Təbriz İstintaq məhkəməsinin 16 saylı şöbəsi bu işdə Əhmədi üçün məhkəmə nəzarəti əmri (ölkədən çıxma qadağası) vermişdi.
İslam Respublikasına müxalif Azərbaycan mediaları təhlükəsizlik qüvvələrinin Tehranda yaşayan bir mədəni fəal olan Zəhra Əslanini təhdid və təqib etdiyini bildirdi.
Yayımlanan xəbərə görə, təhlükəsizlik qüvvələri Zəhra Əslani çağıraraq ondan Tehran Kəşfiyyat İdarəsinə getməsini istəndi. Lakin Əslani telefon çağırışının qanunsuz olduğunu və yazılı çağırış göndərilmədiyi və Məhkəmə sistemində qeydiyyata alınmadığı üçün Tehran Kəşfiyyat İdarəsinə getməkdən imtina etdiyini bildirdi.
Mədəni fəalı tuta bilmədikdən sonra təhlükəsizlik qüvvələri Parsabadda Zəhra Əslaninin atasının evinə getdiyi və ad bənzərliyi bəhanəsi ilə qardaşı qızını həbs etdikləri bildirildi.
Ərdəbildən bildirilir ki, iki mədəni fəal “Ali Xeyrcu” və “Meysəm Colani” ayrı ayrı bildiriş aldıqdan sonra Ərdəbil Cinayət Məhkəməsinin 110 saylı şöbəsinə çağrıldıqdan sonra sərbəst buraxıldılar. Bəyannamədə onlara “qarışıqlıq yaratmaqla ictimai asayişi pozmaqda iştirak etmək” ittihamı irəli sürüldü.
Bu il oktyabrın 1-də Əli Xeyrcu və Meysəm Colani, Ərdəbil şəhərində bir etiraz mitinqləri zamanı təhlükəsizlik qüvvələrinin evlərinə basqın etdikləri zaman tutuldular.
Əli Xeyrcu həbs olunduqdan sonra sosial mediada yayılan həbs edilmə şəkilləri təhlükəsizlik və hüquq-mühafizə orqanlarının mədəni fəalın evinin divarının üstünə çıxaraq onu həbs etdiyini göstərir. Həbs zamanı ailələrinin və qonşularının maneə törətməsindən sonra təhlükəsizlik agentlərinin onları da döyüldükləri bildirilir.
20 gündən çox saxlandıqdan sonra, Ərdəbilin Ciral Parkındakı digər məhbuslarla birlikdə (ən azı 12 nəfər), hər biri 300 milyon Tümən girov müqabilində məhkəmə qərarına qədər müvəqqəti olaraq sərbəst buraxıldı.
Əli Xeyrcunun həyat yoldaşı Əfsanə Əkbərzadə də həmin vaxt 24 saat həbsdə saxlanıldı. 3 Oktyabr 2020-ci il şənbə günü baş tutan həbs, həyat yoldaşının həbs olunmasına etiraz olaraq Ərdəbil İstintaq məhkəməsinin 10 saylı şöbəsinə getdikdən sonra saxlanma hökmü hakim Babak Nonəhl sərv Ağacı tərəfindən verildi.
Babak Nonəhl sərv Ağacı, Ərdəbil Beheşti Məhkəməsinin 10 saylı şöbəsinin rəhbəridir.
Ayrıca, 19 Noyabr Çərşənbə günü, Ərdəbildən olan 12 mədəni fəal, Sana sistemi vasitəsi ilə bir bildiriş aldıqdan sonra Ərdəbil Umumi və İnqilab Prokurorluğunun 10 saylı şöbəsinə getdilər. Müstəntiqin katibi beş yüz milyon Tümən olan girov məbləğinin dörd yüz əlli milyon Tümənə endirildiyini elan edərkən. Prokurorluqda olan fəallar də müvafiq sənədləri imzalamaqdan imtina etdilər və təyin olunmuş girov və əvvəlki girov məbləği ilə nəzərəçarpacaq fərqin olmamasına etiraz olaraq dindirmə şöbəsini tərk etdilər.
Ərdəbildə daha üç mədəni fəalın məhkəməsinin ilk iclası 22 Noyabr ikinci bazar günü keçirilib. “Əhməd Məhəmmədpur”, “Əli Məali” və “Ramin Danande”, həbs olunduqdan sonra “milli təhlükəsizlik əleyhinə sui-qəsd və sövdələşmə” ittihamı ilə həbsxanaya göndərilən Qarabağın azadlığına dəstək mitinqində tutulanlar arasındadır.
Hal-hazırda Əhməd Məhəmmədpur 450 milyon Tümən girovu ilə sərbəst buraxıldı, Əli Məali və Ramin Danənde isə məhkəmənin sonuna qədər hər biri 350 milyon Tümən girovu ilə sərbəst buraxıldı.
Bu vaxt, keçən həftə Urmiyədə 10 mədəni fəal, oxşar ittihamlarla Urmiyənin İctimai və İnqilab Prokurorluğuna çağrıldı.
“Cavad Rizayi”, “Fərhad Məhəmmədi”, “Əmir Ezzəti Heydərlu”, “Erfan Mehdi Xani Saətlu”, “Ramin Dehqan”, “Hüsniyə Entexabi Həsənluyi”, “Səhənd Behnəmun”, “Salar Taher Əfşar”, “Ramin Xodabəxş”, Yunes Şirzad Cavan, Urmiyədə yaşayan mədəni fəallardırlar və Məhkəmənin elektron sistemi vasitəsi ilə alınan bildirişlə Urmiyə Ümumi və İnqilab Prokurorluğunun 8 saylı şöbəsinə çağrılmışdılar.
Bu mədəni fəallara qarşı ittihamr bildirişində “ictimai asayişi pozmaq” və “qanunsuz bir toplantıya qatılma” kimi ifadələr yer alır.
Türk mədəni fəalların çağırılmasının son turunda Rəştdə yaşayan beş mədəni fəal Məhkəmə Hakimiyyətinin elektron sistemi vasitəsilə 16 Noyabrda aldıqları bildirişə görə, onlara qarşı edilən ittihamın son müdafiəsini almaq üçün Rəştdəki Ümumi və İnqilab Prokurorluğunun 10 saylı şöbəsinə çağrıldılar.
“Vədud Əsədi” “Məhəmməd Eyni Çunə Xan” “İbrahim Gənci Əfsuran”, “Vəhid Beyqzadə” və “Məhəmməd Şiri” 18 Oktyabr Bazar günü, Gilan əyalətinin İslami Mədəniyyəti və irşad İdarəsinin qarşısında “Biz Azərbaycanın tərəfdarı deyilik, biz Azərbaycanlıyıq” şəkilləri sosial mediada yayımladıqdan sonra, həbs olundular və məhkəmə bitənə qədər bir neçə gün sonra girov müqabilində sərbəst buraxıldılar.
Göndərilən ittiham bildirişində “milli təhlükəsizliyə qarşı hərəkət etmək”dən ad aparılır.
İkinci Qarabağ müharibəsi başladıqdan sonra (bu il 12 iyul) ən azı üç dəfə (16 iyul, 1 oktyabr və 18 oktyabr) da Azərbaycan mədəni fəalları və partiyalarının çağırışlarının dərc edilməsindən sonra Tehran, Təbriz, Urmiyə, Zəncan, Ərdəbil da daxil olmaqla İranda Türklərin yaşadığı müxtəlif şəhərlərdə İranın Dağlıq Qarabağ münaqişəsinə dair siyasətinə etiraz olaraq mitinqlər keçirilib.
Dinc mitinqlərə cavab olaraq, İslam Respublikasının təhlükəsizlik və mühafizə qüvvələri son dörd ay ərzində yüzlərlə azərbaycanlı siyasi, mədəni və tələbə fəalını həbs etdi. Məhbusların əksəriyyəti məhkəmənin sonuna qədər son aylarda girov müqabilində sərbəst buraxılıb. Bununla birlikdə, bu il Oktyabrın 4-dən bəri iş yerlərində nəzarətə alınan Doğu Azərbaycan əyalətinin Culfa şəhərindən olan iki mədəni fəal “Səid Sultani” və “Babək Kiyumərsi” nin vəziyyəti haqqında bir məlumat yoxdur. Bu məhbusların vəziyyətinin davamlı olaraq bilməməsi bu iki mədəni fəalını yaxınları və ailələri arasında narahatlığa səbəb olub.