Siyasi məhbus Əkbər Abülzadə açlıq aksiyasına başladı
Əhər həbsxanasında həbsdə olan siyasi məhbus “Əkbər Abülzadə” bu şəhər prokurorunun ailəsinə qarşı təzyiqlər adlandırdığına etiraz olaraq aclıq aksiyasına başlayıb.
İranwire-ə çatan xəbərlərə görə, Əkbər Abülzadə ailəsi ilə telefon danışığında 2022-ci il iyulun 17-də günortadan etibarən aclıq aksiyasına başladığını bildirib. Bu siyasi məhbus Əhər həbsxanasının rəsmilərinə də məktub göndərərək aclıq aksiyası keçirməsi barədə məlumat verib. O, bu məktubda aclıq aksiyasına başlamasının səbəbinin Əhər prokuroru “Əli Fəzli” tərəfindən yaşlı atasını aldatması və ona qarşı hörmətsizlik etməsi, prokurorun girov buraxılması üçün ailəsinə təzyiq göstərməsi, sonra isə onu məzuniyyətə buraxması olduğunu bildirib.
2022-ci il iyunun 8-də Əhər şəhərinin ədliyyə məmurları Əkbər Abülzadəni həbs edərək həbs hökmünü icra etmək üçün Əhər zindanına köçürdülər. Bundan öncə Əhər İnqilab Məhkəməsinin birinci şöbəsi Əkbər Abülzadəyə “İran İslam Respublikası əleyhinə təbliğat fəaliyyəti ilə ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq” ittihamı ilə 10 ay həbs cəzası vermişdi. Bu hökm Doğu Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsinin üçüncü şöbəsində təsdiqlənib.
Əkbər Abülzadə 2015-ci ilin noyabrında Azərbaycanda keçirilən etiraz aksiyalarında saxlanılanlardan biridir. Noyabr 2015, İran dövlət televiziyasında uşaqlar üçün yayımlanan “Hotel Fitilə” adlı bir televiziya verilişinin yayımlanmasının ardından, İranın onlarla şəhərində “Türklərə qarşı irqçi və təhqiredici” və “Türk uşaqlara qarşı aşağlayıcı ifadələrə” görə geniş etiraz nümayişləri keçirdi. Azərbaycan mədəni fəalları tərəfindən “2015 anti-irqçi etirazlar” olaraq bilinən hadisədə yüzlərlə Azərbaycanlı saxlanıldı və onlarla adam həbs cəzasına məhkum edildi.
Etirazların keçirildiyi şəhərlərdən biri də Doğu Azərbaycan əyalətinin Əhər şəhəri idi. Əhər Təhlükəsizlik qüvvələri etiraz aksiyaları zamanı və sonrakı günlərdə onlarla insanı nəzarətə götürdü. Bu etiraz mitinqləri ilə əlaqədar olaraq, saxlanılan 25 nəfər üçün Məhkəmə tərəfindən yarğı prosesi başladı və təxminən iki il sonra Doğu Azərbaycan əyalətinin məhkəmələri Əkbər Abülzadə ilə birgə ən azı altı Əhərli vətəndaşı yeddi aydan on aya qədər həbs cəzasına məhkum etdilər.