Siyasi məhbus Rza Vasiqi məzuniyyəti bitdikdən sonra həbsxanaya qayıdıb
İran Azərbaycanının Ərdəbil şəhərindən olan siyasi məhbus 1 həftəlik məzuniyyəti bitdikdən sonra həbsxanaya qayıdıb.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb. Mart ayının 6-da Ərdəbil həbsxanasından bir həftəlik məzuniyyətə buraxılan güneyli siyasi fəal Rza Vasiqi martın 13-də həbsxanaya qayıdıb.
Siyasi məhbus Rza Vasiqi 80 milyon tümənlik girov qarşılığında məzuniyyətə buraxılmışdı.
Rza Vasiqi noyabr ayının 4-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Ərdəbil həbsxanasına köçürülmüşdü.
O və qardaşı Əli Vasiqi iyunun 10-da Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanmalarına dair məhkəmə hökmü təqdim edilmədən iş yerlərində döyülərək nəzarət altına alınmışdı.
Vasiqi qardaşları altı gün Kəşfiyyat Nazirliyinin təcridxanasında saxlandıqdan sonra iyunun 16-da hər biri 110 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.
Avqustun 18-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinin sədri hakim Məhdəvirad Əli və Rza Vasiqini “gecəlik yaymaq ilə sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.
Oktyabrın 5-də Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi hakim Məhdivərd tərəfindən onlara verilən hökmü azaldaraq, eyni ittihamlarla hər birisini 2 illik həbs cəzasına məhkum edib.