Siyasi məhbus Rza Vasiqi bir həftəlik məzuniyyətə buraxılıb
Ərdəbil həbsxanasında saxlanılan güneyli siyasi məhbus Rza Vasiqi bir həftəlik məzuniyyətə buraxılıb.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Rza Vasiqi 80 milyon tümənlik girov qarşılığında buraxılıb.
Vasiqi noyabrın 4-də həbs edilərək Ərdəbil həbsxanasına köçürülmüşdü.
O və qardaşı Əli Vasiqi iyunun 10-da İranın Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanmalarına dair məhkəmə hökmü təqdim edilmədən iş yerlərində döyülərək nəzarət altına alınmışdı.
Vasiqi qardaşları altı gün Kəşfiyyat Nazirliyinin təcridxanasında saxlandıqdan sonra iyunun 16-da hər biri 110 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.
Avqustun 18-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinin sədri hakim Məhdəvirad Əli və Rza Vasiqini “gecəlik yaymaq ilə sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.
Oktyabrın 5-də Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi hakim Məhdivərd tərəfindən onlara verilən hökmü azaldaraq, eyni ittihamlarla hər birisini 2 illik həbs cəzasına məhkum edib.
VOA