siyasi məhbus Ruzbeh Piri həbsxanadan kənar müalicəsinin qarşısı alınır
Təbrizin Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus cənab Ruzbeh Piri mədə xəstəliyindən əziyyət çəkir.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi yazıb ki, cənab Piri Kron xəstəliyindən əziyyət çəkir və Təbriz Həbsxanasının sağlamlıq mərkəzinin həkimlərinin onu həbsxanadan kənar xəstəxanaya göndərmək haqda verdiyi məsləhətinə baxmayaraq, məhkəmə və həbsxana rəhbərliyi buna qarşı çıxır.
Bundan əvvəl, may ayında Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) hesabatında bu türk siyasi məhbusun səhhətinin pis olduğunu bildirmişdi. Təbrizdəki milli fəallar şəhərdə bu siyasi məhbusun afişalarını yerləşdirərək Ruzbeh Pirinin səhhətinin ağır olduğu barədə xəbərdarlıq etmişdilər.
Kron xəstəliyinin müalicə prosesi mürəkkəb və uzun olan və təcili şəkildə müalicəyə ehtiyac olan xroniki xəstəlikdir.
Hazırda Təbriz Mərkəzi Həbsxanasının 12-ci palatasında saxlanılan cənab Piri əvvəllər həbsxananın 15-ci palatasında, təhlükəli məhbusların və narkotik cinayətlərdən məhkum olunanların saxlandığı yerdə saxlanılırdı.
O, başqa palataya köçürülməsi ilə bağlı həbsxana rəhbərliyinə dəfələrlə yazılı müraciət etsə də, xahişi qəbul olunmayıb. O, nəhayət iyul ayında həbsxananın 12-ci palatasına köçürüldü.
Bu azərbaycanlı fəal 2022-ci il martın 14-də Apellyasiya Məhkəməsinin çıxardığı 3 il 8 ay həbs cəzası ilə bağlı atasının evində təhlükəsizlik qüvvələri tərəfindən məhkəmə orderi göstərilmədən atasının evində həbs edilib.
Apellyasiya Məhkəməsinin çıxardığı hökmdən əvvəl ilkin məhkəmə onu “sistemə qarşı təbliğat aparmaq” və “rejimə zidd olan qruplara üzv olmaq” ittihamları ilə 6 il müddətinə azadlıqdan məhrum etmişdi.