Simin Səbri: Bu etirazlarda qadınlar hicabları İran rejiminin simvolu olaraq yandırır
İranda keçən həftə 22 yaşlı Məhsa Əmininin hicab qanunlarını pozduğuna görə polis nəzarətində ölümü ölkə miqyasında geniş etirazlara səbəb olub. Qadın hüquqları müdafiəçisi Simin Səbri Amerikanın Səsinə müsahibədə etirazların səbəbləri və İran Azərbaycanında qadınların tələbləri haqda danışıb.