Simin Səbri Birlik sözçüsü ; Güney Azərbaycanı təmsil edən partiyalardan Azərbaycana dəstək proqramında (1- 2)
Dünən Təbriz vaxtı ilə saat 17:30-da ANT Televiziyasında videokonfərans baş tutub. Konfransda fərqli ölkələrdən, o cümlədən İsveç, Amerika, Kanada, Almaniya, Norveç və Türkiyədən 28 partiya rəsmisi iştirak edib. Toplantıda Dağlıq Qarabağ məsələsi müzakirə olunub. Habelə, Ermənistanın işğalçı siyasəti pislənilib.
Qeyd edək ki, iştirakçılar sırasında Azərbaycan Mərkəz Partiyasının rəhbəri Saleh Kamrani, Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin, Azərbaycan Demokratik Birliyi – Brilik təşkilatının sözçusu Simin xanım Səbri, Norveçdən Babək Çələbiyani Dirənişin sözçusu çıxış ediblər.
Onlar “Güney və Quzey Azərbaycan anlayışları yoxdur! Quzeyin dərdi bizim də dərdimizdir!” fikirlərini səsləndiriblər. Həmçinin Azərbaycanın əzəli torpaqlarına qarşı qondarma erməni iddialarının qəbuledilməz olduğunu vurğulayıblar.